ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

"Azərbaycanca-ingiliscə hüquq lüğəti" adlı kitab nəşr edilib

10.05.2012, 12:35
"Azərbaycanca-ingiliscə hüquq lüğəti" adlı kitab nəşr edilib
"Azərbaycanca-ingiliscə hüquq lüğəti" adlı kitab nəşr edilib

Azərbaycan Respublikası Ali Məhkəməsinin təşəbbüsü ilə Ramiz Rzayev, Rafiq Novruzov və Könül  Əliyevanın birgə hazırlayib nəşr etdirdikləri "Azərbaycanca-ingiliscə hüquq lüğəti" nəşr edilmişdir. 

"Azərbaycanca-rusca izahlı hüquq lüğəti"ndən sonra geniş oxucu kütləsinə təqdim olunan, 19 minədək söz və söz birləşməsini özündə əks etdirən bu lüğət hüquqşünaslar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, hüququn inkişafında maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalı məxəz rolunu oynayır. Lüğətdə qanunvericilikdə işlənən və hüquq elminin bütün sahələrini əks etdirən söz və terminlərin, ifadələrin əksəriyyəti öz əksini tapıb. Lüğətin fərqləndirici cəhətlərindən biri də odur ki, burada yalnız hüquqi xarakter daşıyan söz və ifadələrə deyil, həm də işgüzar məktubların, şikayətlərin, ərizələrin və s. tərtibi zamanı istifadə olunan terminlərə də geniş yer verilib.

Məlumat üçün qeyd etməliyik ki, sözügedən nəşr eyni zamanda azərbaycanca-ingiliscə tərtib olunduğundan yenilikdir, bu sahədə ilkdir, çünki burada sözlərin həm azərbaycanca həm də ingiliscə izahları verilmişdir.