ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Bakıda «Grand Hotel Europe» mehmanxanasında «Beynəlxalq kommersiya arbitrajında işlərin görülməsi üzrə praktiki məsələlər» mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

11.02.2009, 12:35

2009-cu il fevralın 11-13-də Bakıda «Grand Hotel Europe» mehmanxanasında Stokholm Ticarət Palatası Baker & McKenzie şirkəti ilə birlikdə Beynəlxalq Arbitraj və Mediasiya Mərkəzinin təşkilati dəstəyi ilə «Beynəlxalq kommersiya arbitrajında işlərin görülməsi üzrə praktiki məsələlər» mövzusunda Beynəlxalq konfrans keçirilmişdir. Bu praktiki kurs tədris edilən iş əsasında səhnələşdirilmiş arbitrac prosesləri çərçivəsində həm mühazirə, həm də qrup çalışmalarını özündə əks etdirmişdir.

Beynəlxalq konfransda Azərbaycan Ali Məhkəməsi İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının sədri Hikmət Mirzəyev, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Vidadi Mirkamal, Stokholmdan «Beyker və Makenzi» firmasının portnyoru Yonas Benediktsson, Bakıdan «Beyker və Makenzi» firmasının böyük hüquqşünası Gündüz Kərimov, Moskvadan «Beyker və Makenzi» firmasının portnyoru Vladimir Xvaley, Stokholmdan Ticarət Palatası Arbitrac İnstitutunun hüquqşünası Natalya Petrik, Kiyevdən «Vasil Kisil və Portnyorları» firmasının portnyoru Tatyana Slipaçuk, Stokholmdan «Vinqe» firmasının portnyoru Krister Soderlund çıxış etmişlər.

Tədbirin sonunda iştirakçılara Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunun müvafiq diplomları verilmişdir.