Belarusun Ədliyyə naziri Ali Məhkəmədə olmuşdur
22.09.2017, 12:352017-ci il sentyabrın 22-də ölkəmizdə səfərdə olan Belarus Respublikasının Ədliyyə naziri Oleq Slijevski Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Qonaq Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Göstərilən platformalarda paylaş: