ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Beynəlxalq ekspert cənab Erik Şvanidze Ali Məhkəmənin Cinayət Kollegiyanın sədri Şahin Yusifovla görüşmüşdür

01.05.2012, 12:35
Beynəlxalq ekspert cənab Erik Şvanidze  Ali Məhkəmənin Cinayət Kollegiyanın sədri  Şahin Yusifovla görüşmüşdür
Beynəlxalq ekspert cənab Erik Şvanidze  Ali Məhkəmənin Cinayət Kollegiyanın sədri  Şahin Yusifovla görüşmüşdür

2012-ci il aprelin  27-də ölkəmizdə səfərdə olan Avropa Şurasının və Avropa İttifaqının “ Pis rəftara və cəzaslığa qarşı mübarizənin gücləndirilməsi ” birgə Proqramının uzunmüddətli məsləhətçisi, beynəlxalq ekspert cənab Erik Şvanidze  Ali Məhkəmənin Cinayət Kollegiyanın sədri  Şahin Yusifovla görüşmüşdür.  

Görüşdə  Kollegiya sədri Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat vermişdir. Qeyd etmişdir ki,  hazırda Ali Məhkəmədə  beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan hüquqları məhkəməsinin  presedent hüququ öyrənilir.
       
Görüşün əsas məqsədinin  “ Azərbaycanda pis rəftarla və cəzasızlıqıa mübarizəyə və pis rəftar hallarının səmərəli araşdırmasına dair ” hazırladığı hesabatın nəticələrinin  müzakirə edilməsi və  bu proqramın davam etdirilməsi imkanlarının nəzərdən keçirilməsi olduğunu bildirən qonaq Ali Məhkəmə tərəfindən pis rəftarla və cəzasizlıqla mübərizəyə dair atılan addımlar və görülən işlərlə  maraqlanmışdır.

Cinayət və cinayət prosessual məcəllələrində      bu cür halları nəzərədə tutan  maddələri qonağın nəzərinə çatdıran Kollegiya sədri, belə halların aşkar olunması zamanı materialların ədalət məhkəməsi orqanlarına verilməsi barədə   Ali Məhkəmənin Plenum Qərarının mövcudluğunu, həmçinin məhkəmənin müstəqil araşdırma hüququna malik olduğunu   bildirmişdir.  

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıılmışdır.