Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu Azərbaycanla əlaqələri genişləndirir
31.01.2011, 12:352011-ci il yanvarın 31-də ölkəmizdə səfərdə olan Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun proqram rəhbəri Britta Şvartz və hüquq layihəsi üzrə yeni təyin olunmuş məsləhətçi Dr. Falk Bomsdorf Ali Məhkəmənin cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşmüşlər.
Görüşdə Cinayət Kollegiyasının sədri Ali Məhkəmədə cinayət və cinayət prosessual hüquq sahəsində müxtəlif seminar və tədbirlərin keçirilməsini və bu sahədə Almaniya ilə təcrübə mübadiləsinin yaradılmasının əhəmiyyətini qeyd etmişdir.
Görüşdə əməkdaşlığın konkret prioritetləri müəyyənləşdirilmişdir.
Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun proqram rəhbəri Britta Şvartz Azərbaycanın məhkəmə-hüquq sistemi ilə əməkdaşlığa xüsusi önəm verdiklərini və bu əməkdaşlığın qarşılıqlı fayda verəcəyini vurğulamışdır.
Görüşün sonunda Ali Məhkəmənin Kollegiya sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun proqram rəhbərinə və hüquq layihəsi üzrə yeni təyin olunmuş məsləhətçiyə minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.
Göstərilən platformalarda paylaş: