BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin üzvü ilə görüş
19.04.2017, 12:352017-ci il aprelin 19-da “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı Layihə çərçivəsində ölkəmizdə səfərdə olan tanınmış beynəlxalq ekspert, BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin üzvü xanım Pramila Patten Ali Məhkəmənin Mülki kollegiyanın sədri Şəlalə Məmmədova və İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyevlə görüşmüşdür.
Qonağa ölkəmizdə məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi, gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilmişdir.
Pramila Patten qeyd etmişdir ki, ölkəmizə səfərinin məqsədi Azərbaycanda məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində vahid dövlət siyasətini həyata keçirən hökumət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini əlaqələndirəcək – Milli Əlaqələndirmə Şurasının yaradılması üzrə tövsiyələr hazırlamaqdır.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Göstərilən platformalarda paylaş: