Bolqarıstan Prokurorluğunun nümayəndə heyəti Ali Məhkəmədə olmuşlar
23.05.2017, 12:3523 may 2017-ci ildə ölkəmizdə səfərdə olan Bolqarıstan Prokurorluğunun əməkdaşlarından ibarət nümayəndə heyəti Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovla görüşmüşdür.
Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin fəaliyyəti barədə məlumat verən Kollegiya sədri Azərbaycanla Bolqarıstan arasında imzalanmış “Korrupsiyaya qarşı mübarizədə milli təcrübələrin öyrənilməsi haqqında” Əməkdaşlıq Proqramının əhəmiyyətindən danışmış, korrupsiya əleyhinə mübarizə sahəsində Ali Məhkəmənin qəbul etdiyi qərarlarda BMT Konvensiyasının müddəalarına daim istinad edildiyi diqqətə çatdırılmışdır.
Bolqarıstan Prokurorluğunun əməkdaşları birgə fəaliyyət planı çərçivəsində görülən işlərdən danışmışlar.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.
Göstərilən platformalarda paylaş: