ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Ali Məhkəmədə olmuşdur

12.04.2013, 12:35
Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Ali Məhkəmədə olmuşdur
Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Ali Məhkəmədə olmuşdur
2013-cü il aprelin 12-də ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının prezidenti Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
 
          Görüşdə Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycan məhkəmə hüquq sahəsində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə ikitərəfli və beynəlxalq təşkilatlar vasitəsilə uğurla əməkdaşlıq edir. Azərbaycanda ən yüksək qanunvericilik prinsipləri fəaliyyət göstərir. Ölkəmizdə   Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlara, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
 
Ali Məhkəmənin sədri bildirmişdir ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan respublikalar sırasında Azərbaycan əhalinin sayına görə ən az cinayət hadisəsi qeydə alınan ölkədir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması hərbi məhkəmələrin fəaliyyətini daha zəruri edir. Ali Məhkəmənin sədri Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasıyası ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin transmilli cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə, çirkli pulların yuyulmasına və saxtakarlıq kimi cinayət növlərinə qarşı birgə mübarizə aparılmasından məmnunluğunu ifadə etmiş, bu mübarizənin gələcəkdə daha səmərəli nəticələr verəcəyinə əminliyini bildirmişdir. 
 
Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının prezidentiÇaoCianminqvurğulamışdır ki, korrupsiya əleyhinə ciddi mübarizə aparan Azərbaycan Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının fəaliyyətinə bundan sonra daha yaxından dəstək verəcək.   Eyni zamanda Azərbaycanın və Çinin hüquq sistemləri arasında əlaqələr genişlənəcək. Buna bu gün imzalanmış “Azərbaycan Respublikası Baş Prokurorluğu və ÇXR Ali xalq Prokurorluğu arasında Əməkdaşlıq haqqında” Anlaşma Memorandumu əsaslı zəmin yaratmışdır. 
 
Nümayəndə heyətinin üzvləri Ali Məhkəmənin inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmış, Xatirə kitabına ürək sözlərini yazmışdır.

Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının prezidentiÇaoCianminqə və nümayəndə heyətinin üzvlərinə  təşəkkürünü bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.