ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Çingiz Əsgərov COP29 çərçivəsində "İqlim dəyişikliyi və məhkəmələr: İqlim mühakiməsi üzrə məhkəmə perspektivləri" mövzusunda keçirilən rəsmi yan tədbirində panelə sədrlik edib

20.11.2024, 09:59

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində "İqlim dəyişikliyi və məhkəmələr: İqlim mühakiməsi üzrə məhkəmə perspektivləri" mövzusunda keçirilən rəsmi yan tədbirində panelə sədrlik edib. 

Çingiz Əsgərov Azərbaycanda ekoloji hüquq sahəsində məhkəmə təcrübəsi və ölkəmizin beynəlxalq səviyyədə atdığı addımlar barədə tədbir iştirakçılarına məlumat verib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiyasında sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunub, müvafiq qanunlarda və digər normativ-hüquqi aktlarda bu hüququn həyata keçirilməsi qaydası və təminatları müəyyən edilib. 

Çingiz Əsgərov həmçinin ətraf mühitlə bağlı milli məhkəmələrin hökm və qərarlarının əhəmiyyətini qeyd edib və bu sahədə beynəlxalq tribunalların presedent hüququnun inkişafına töhfə verdiyini vurğulayıb.