ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Dünya Bankı Azərbaycanda yeni layihə həyata keçirir

01.02.2011, 12:35
Dünya Bankı Azərbaycanda yeni layihə həyata keçirir
Dünya Bankı Azərbaycanda yeni layihə həyata keçirir

2011-ci il fevralın 1-də ölkəmizdə səfərdə olan Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Deker Ali Məhkəmənin Aparat rəhbəri Əlirza Kərimovla görüşmüşdür. 
Ali Məhkəmənin Aparat rəhbəri müasir informasiya texnologiyaları sahəsində  Ali Məhkəmədə həyata keçirilən tədbirlər barədə məlumat vermiş, elektron kargüzarlıq və sənəd dövriyyəsi sisteminin məhkəmə aparatı işinin sürətləndirilməsində və məlumatların elektron vasitələrlə yayimlanmasında əhəmiyyətini xüsusi qeyd etmişdir. Ali Məhkəmənin Aparat rəhbəri elektron kitabxana yaradılması sahəsində  görülən işlərdən də danışmışdır. 
Ali Məhkəmənin  informasiya texnologiyaları şöbəsinin müdiri Mehman İbrahim informasiya texnologiyalarının tətbiqi zamanı qarşıya çıxan  problemlərdən və bu sahənin  daha da təkmilləşdirilməsi zərurətindən söz açmışdır. 
Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Deker Ali Məhkəmədə  yeni informasiya texnologiyalarının tətbiqindən razı qaldığını bildirmişdir. O, vurğulamışdır ki, layihə çərçivəsində  məhkəmə sistemində  müasir informasiya texnologiyalarının tətbiqi ilə  bağlı sənədlərin və baxılacaq işlərin idarə olunmasında  daha təkmil elektron sistemin yaradılmasını nəzərdə tutan yeni  layihə hazırlanacaqdır. 
Görüşdə Ali Məhkəmə Aparatının rəhbəri Azərbaycanın məhkəmə sistemində müasir  informasiya texnologiyalarının tətbiqinə  xüsusi  önəm verdiklərinə görə  Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Dekerə minnətdarlığını bildirmiş, fəaliyyətində uğurlar arzulamışdır.