Ədliyyə nazirinin müavini təyin edilən hakim Abiddin Hüseynovla Ali Məhkəmədə görüş keçirilib
06.06.2024, 16:572024-cü il iyunun 6-da Azərbaycan Respublikası Ali Məhkəməsində Mülki kollegiyanın hakimi Abiddin Hüseynovun yeni vəzifəyə təyin olunması münasibətilə tədbir keçirilib.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Abiddin Hüseynovu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, Abiddin Hüseynov uzun illər səmərəli fəaliyyəti ilə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə töhfə verib. Onun bundan sonrakı fəaliyyətinin də ümumilikdə ədalət mühakiməsinin işinə müsbət təsir edəcəyi vurğulanıb.
Abiddin Hüseynov isə çıxış edərək, ona göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlığını bildirib, məhkəmə-hüquq və ədliyyə sahəsində birgə əməkdaşlığın güclənməsinə çalışacağını qeyd edib.
Sonda Abiddin Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.
Göstərilən platformalarda paylaş: