ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Əlcəzairin Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur

22.06.2018, 12:35
Əlcəzairin Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur
Əlcəzairin Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur

2018-ci il iyunun 22-də ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının Ədliyyə naziri Əl - Tayyib Louhun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın Məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa məlumat vermişdir.

Ali Məhkəmənin sədri son illər respublikamzda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır.

Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikası ilə içgüzar əlaqələrinin yaranmasından razılıq ifadə edən Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, iki ölkənin Ədliyyə nazirlikləri  arasında mövcud olan Anlaşma Memorandiumu, indiki səfər çərçivəsində imzalanan Ekstradisiya sahəsində  Müvafiq Müqavilə ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edir.

Əlcəzairin məhkəmə sistemi haqqında ətraflı danışan Ədliyyə naziri Əl - Tayyib Louh iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Görüçdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Əlcəzairli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşlar. Məhkəmə tarixi muzeyinə baxan Əlcəzairin ədliyyə naziri Xatirə kitabına ürək sözlərini yazmışdır.

Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Əlcəzairin ədliyyə nazirinə və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmiş, işlərində uğurlar arzulamışdır.