ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Əliyev Əli Nadir oğlunun cavabdeh Mərkəzi Seçki Komissiyasına qarşı həmin Komissiyanın 13.09.2013-cü il tarixli 27/151 saylı qərarının qanunsuz sayılması və Komissiyanı Əliyev Əli Nadir oğlunun namizədliyinin qeydə alınmasına məcbur edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.09.2013-cü il tarixli qərarından iddiaçı Əliyev Əli Nadir oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti

28.09.2013, 12:35
Əliyev Əli Nadir oğlunun cavabdeh Mərkəzi Seçki Komissiyasına qarşı həmin Komissiyanın 13.09.2013-cü il tarixli 27/151 saylı qərarının qanunsuz sayılması və Komissiyanı Əliyev Əli Nadir oğlunun namizədliyinin qeydə alınmasına məcbur edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.09.2013-cü il tarixli qərarından iddiaçı Əliyev Əli Nadir oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti
Əliyev Əli Nadir oğlunun cavabdeh Mərkəzi Seçki Komissiyasına qarşı həmin Komissiyanın 13.09.2013-cü il tarixli 27/151 saylı qərarının qanunsuz sayılması və Komissiyanı Əliyev Əli Nadir oğlunun namizədliyinin qeydə alınmasına məcbur edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.09.2013-cü il tarixli qərarından iddiaçı Əliyev Əli Nadir oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsinin
 İnzibati-İqtisadi Kollegiyası
 
QƏRAR
 
28 sentyabr 2013-cü il       İş № 2-2(102)-1177/13             Bakı şəhəri 
 
        Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası A.Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər İ.Dadaşov və İ.Hüseynovdan ibarət tərkibdə, V.Bağırovun katibliyi,
        Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının vəkili  İbrahimov Ramiz Hilal oğlunun iştirakı ilə
        İddiaçı prezidentliyə namizədliyi irəli sürülən Vətəndaş və İnkişaf Partiyasının sədri Əliyev Əli Nadir oğlunun cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı həmin Komissiyanın 13.09.2013-cü il tarixli 27/151 saylı qərarının qanunsuz sayılması və Komissiyanı Əliyev Əli Nadir oğlunun namizədliyinin qeydə alınmasına məcbur edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.09.2013-cü il tarixli qərarından iddiaçı Əliyev Əli Nadir oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq
 
MÜƏYYƏN ETDİ
 
        Bakı Apellyasiya Məhkəməsinin 17.09.2013-cü il tarixli qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və Ü.A.Mayılov, iş № 2-1inz(103)-1525/2013) iddiaçı Əliyev Əli Nadir oğlunun cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı Mərkəzi Seçki Komissiyasının 13.09.2013-cü il tarixli 27/151 saylı qərarından verdiyi şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
        Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.09.2013-cü il tarixli qərarı ilə (sədrlik edən K.Bədəlov, hakimlər R.Nəbizadə və X.Məmmədov, iş № 2-2(102)-1145/2013) iddiaçı Əliyev Əli Nadir oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.09.2013-cü il tarixli qərarının ləğv edilməsi; işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
        Bakı Apellyasiya Məhkəməsinin 24.09.2013-cü il tarixli qərarı ilə (sədrlik edən A.Abiyeva, hakimlər M.Tağızadə və N.Mustafyev, iş № 2-1inz(103)-1543/2013) iddiaçı Əliyev Əli Nadir oğlunun cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı “cavabdehin 13 sentyabr 2013-cü il tarixli 27/151 saylı Qərarının ləğv edilməsi və cavabdehin üzərinə iddiaçının qeydə alınması vəzifəsinin qoyulması”na dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
Həmin qərardan iddiaçı Əliyev Əli Nadir oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu kassasiya şikayəti vermişlər.
 
İŞİN HALLARI
 
        İddiaçı Əliyev Əli Nadir oğlu cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra mətndə MSK) qarşı şikayət ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək MSK-nın 13.09.2013-cü il tarixli 27/151 saylı qərarının qanunsuz sayılması və həmin qurumun üzərinə şikayətçinin namizədliyinin qeydə alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
        İddiaçı şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 09.10.2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində iştirak etmək üçün namizədliyi “Vətəndaş və İnkişaf Partiyası” tərəfindən irəli sürülmüş; O, namizədliyinin təsdiq olunması üçün ilkin sənədləri MSK-ya 06.08.2013-cü il tarixdə təqdim etmiş, lakin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.9 və 54.10-cu maddələri kobud şəkildə pozularaq namizədin təsdiq olunması ilə bağlı qərar 5 gün müddətində verilməli olduğu halda, avqustun 14-də qəbul edilmiş; iddiaçı 08.09.2013-cu il tarixdə 42.634 imzadan ibarət 853 imza vərəqəsini namizədliyini qeydə almaq üçün MSK-ya təqdim etmiş; 14.09.2013-cü il tarixdə Mərkəzi Seçki Komitəsi, onun namizədliyinin qeydə alınmasından imtina edilməsi haqqında 27/151 saylı qərarı ona təqdim etmiş; həmin qərarla birlikdə təqdim olunan MSK-nın İşçi Qrupunun rəyinə əsasən MSK 644 imza vərəqəsində olan 32.193 ədəd imzadan 5.565-ni “ehtimal” şübhəsi ilə etibarsız sayıb; nə imzaları yoxlayan İşçi Qrupunun, nə də MSK-nın namizədin qeydiyyatı ilə bağlı məsələnin müzakirə olunduğu iclasında şikayətçinin və nümayəndəsinin iştirakı nəinki təmin olunmayıb, hətta onlara bu barədə məlumat belə verilməyib.
        Ona görə də, iddiaçı aşağıdakı səbəblərə görə MSK-nın qərarını qanunsuz hesab etmişdir: MSK-nın imzaları etibarsız sayması şübhə doğurur və bununla bağlı dəlili ehtimalla əsaslandırılır; MSK, imza vərəqələrində iddiaçının namizədliyinin qeydə alınmamasına əsas verən 5.565 fakt aşkar edib ki, bunlardan 5.477-si oxşar imza kimi etibarsız sayılıb; İşçi Qrupunun protokolunda qeyd olunur ki, “təqdim olunmuş 08 ədəd qovluqdakı 853 ədəd imza vərəqələrindən yoxlanılmış 644 ədəd imza vərəqəsinin “imza və onun qoyulduğu tarix” qrafalarındakı 32.193 ədəd imzalardan 6.592 ədəd imza 1.115 qrup olmaqla öz aralarında ehtimal ki, eyni şəxs tərəfindən icra olunmuşdur”; MSK imzaları mütəxəssis rəyi əsasında etibarsız sayıb; nə imzaları yoxlayan ekspert qrupu, nə də MSK, həmin imzaların həqiqətən adları siyahıda göstərilən seçicilərə məxsus olub-olmadığını yoxlamaq üçün heç bir addım atmayıb; halbuki, Seçki Məcəlləsi bunu seçki komissiyasının üzərinə vəzifə kimi qoyur; MSK, Seçki Məcəlləsinin 59.3-cü maddəsinin tələblərinə zidd olaraq imzaların yoxlanması vaxtı barədə iddiaçıya məlumat verməyib, O, yoxlamada iştirak etmək və arqumentlərini təqdim etmək hüququndan qanunsuz olaraq məhrum olub.
Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə qərarları qəbul edilmişdir.
 
KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
 
        İddiaçı Əliyev Əli Nadir oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu Bakı Apellyasiya Məhkəməsinin 24.09.2013-cü il tarixli qərarından kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qərarın ləğv edilməsi və iddiaçının 09.10.2013-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə namizədliyinin qeydə alınması ilə barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.  
        Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yol vermiş, qanunsuz və əsassız qərar qəbul etmişdir.
       
KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZIN DƏLİLLƏRİ
 
        Kassasiya şikayətinin dəlillərinə dair hər hansı yazılı etiraz ərizəsi məhkəmə kollegiyasına təqdim edilməmişdir.
 
TƏRƏFLƏRİN İZAHATLARI
 
        Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının vəkili R.İbrahimov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kolegiyasından həmin şikayətin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin 24.09.2013-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etdi.
        Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada 27.09.2013-cü il tarixdə müvafiq olaraq saat 18:20 və 18:30 radələrində telefon vasitəsilə məlumatlandırılmalarına baxmayaraq, 28.09.2013-cü il tarixdə yenidən iddiaçı Ə.Əliyev və vəkili R.Zülfüqarovla saat 10:10 radələrində telefon əlaqəsi saxlanılmış və sonuncular məhkəmə kollegiyasının iclasına gəlməyəcəyini (iddiaçı Ə.Əliyev köməkçisini göndərəcəyini) bildirdiklərindən və saat 10:20 radələrinə qədər gəlmədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə müvafiq olaraq hazırkı işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
        Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.   
                
HÜQUQİ MƏSƏLƏLƏR
 
        Azərbaycan Respublikası İPM-nin 91-cı maddəsinə müvafiq olaraq Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
        Həmin Məcəllənin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
        Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, MSK-nın 13.09.2013-cü il tarixli, 27/151 saylı qərarı ilə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Nadir oğlu Əliyevin qeydə alınmasından imtina edilmiş; həmin qərarda MSK-nin təşkil etdiyi işçi qrupu tərəfındən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 12.09.2013-cü il tarixli Protokola və eyni tarixli Rəylərə istinadən göstərilmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq namizədin müdafiəsi üçün 40.000-dən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayının namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuş; işçi qrupunun həmin seçkilər üzrə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Nadir oğlu Əliyevin qeydə alınması üçün partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 12.09.2013-cü il tarixli Protokolunda yoxlamaya 88 seçki dairəsindən toplanmış, 853 imza vərəqəsində olan, cəmi 42.634 imza təqdim edildiyi, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.4-cü maddəsinin tələbinə əsasən yoxlama nəticəsində namizədin qeydə alınması üçün etibarlı hesab edilən imzaların sayı kifayət etmədiyindən imzaların yoxlanılması prosesinin tam başa çatdırılmayaraq dayandırıldığı, namizədin müdafıəsi üçün 40.000-dən az olmayan etibarlı imzaların toplanması zəruri şərt olduğundan və qalan imzaların ümumi sayı yoxlanılmış etibarlı imzalarla toplandıqda, cəmi 37.063 ədəd təşkil etdiyi göstərilmiş; sözügedən imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması üzrə işçi qrupunun 12.09.2013-cü il tarixli rəyində təqdim olunmuş 08 ədəd qovluqdakı 853 ədəd imza vərəqələrindən yoxlanılmış 644 ədəd imza vərəqəsinin "İmza və onun qoyulduğu tarix" qrafalarındakı 32.193 ədəd imzalardan 6.592 ədəd imza 1.115 qrup olmaqla öz aralarında ehtimal ki, eyni şəxs tərəfindən icra olunduğu qeyd olunmuş; bundan narazı qalan iddiaçı cavabdeh MSK-ya qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmiş; hazırki işə 2-ci dəfə baxmış apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi haqqında 24.09.2013-cü il tarixli qərar qəbul edilmişdir.
        Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür.
        Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan o da görünür ki, apellyasiya instansiyası məhkəməsinin 23.09.2013-cü il tarixl qərardadı ilə hazırki iş üzrə təyin edilən məhkəmə-xətşünaslıq ekspertizası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16736 saylı, 24.09.2013-cü il tarixli ekspert rəyinə əsasən sözügedən 644 ədəd imza vərəqəsinin "İmza və onun qoyulduğu tarix" qrafalarındakı imzalardan 6.520 ədəd imza 1.173 qrup olmaqla eyni şəxs tərəfındən icra olunmuşdur.
        Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, iddiaçı Ə.Əliyev tərəfindən namizədliyinin qeydə alınması üçün MSK-ya təqdim olunmuş etibarlı imzalar 40.000-dən az olduğundan, onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə cavabdeh MSK-nın qərarı qanuni və əsaslıdır, bu səbəbdən də, iddia əsassız olduğu üçün təmin edilə bilməz.
        Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.2-ci maddəsinə əsasən müvafiq seçki komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Belə yoxlamaya Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə haqq ödənilməklə ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.
        Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
        Həmin Məcəllənin 57.4-cü maddəsinə əsasən seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasımn adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfındən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onlann yayılmamasına təminat verilir.
        Həmin Məcəllənin 59.7.4-cü maddəsinə görə müxtəlif şəxslərin adından bir şəxs tərəfındən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfındən qoyulmuş imzalar etibarsız sayılır.
        Həmin Məcəllənin 60.2.2-ci maddəsinə görə bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması namizədin qeydə alınmasından imtina edilməsi üçün əsasdır.
        Seçki Məcəlləsinin 181-ci maddəsinə əsasən siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qruplan prezidentliyə irəli sürdükləri namizədin müdafıəsi üçün 40 mindən az olmayan sayda seçici imzası loplamahdırlar (181.1); Bir seçici yalnız bir namizədin müdafıəsi üçün imza ata bilər (181.2); Seçicilərin imzaları bu Məcəllənin 56 və 57-ci maddələrində göstərilən qaydada toplamr (181.3).
        Həmin Məcəllənin 59.12-ci maddəsinə görə isə etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzaların sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.        
        Azərbaycan Respublikası İPM-nin 11.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
        Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
        Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
        Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kassasiya şikayətində hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin    keçirilmiş təkrar ekspertizanın müddətinin az olması, habelə təkrar ekspertizanın eyni qurumun (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin) işçiləri tərəfindən aparıldığı və bu əsasla əvvəlcədən obyektiv olmamasına dair gətirdiyi dəlillər əsassız olduğu üçün qəbul oluna və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün səbəb ola bilməz, belə ki, müvafiq ekspertiza araşdırmalarının hər hansı müəyyən müddət ərzində aparılması məsələsi qanunla nəzərdə tutulmamış, habelə hazırki halda müvafiq imzaları tədqiq edən şəxslər eyni qurumun ekspertləri olsalar belə, onlar obyektiv olmayan və qanunsuz (bilə-bilə yalan) rəy vermələrinə görə fərdi qaydada cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumatlıdırlar, eyni zamanda həmin şəxslərin verdikləri ekspertiza rəylərinin yalan rəylər olması barədə iddiaçı hər hansı sənəd-sübutu məhkəməyə təqdim edə bilməmişdir.            
        Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir.
Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir.
        Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 24.09.2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
                                                                                           
QƏRARA ALIR
 
        İddiaçı Əliyev Əli Nadir oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
        Bakı Apellyasiya Məhkəməsinin 24.09.2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
                                                         
                      Əsli ilə düzdür:
  
Ali Məhkəmənin hakimi                                           A.Hüseynov
                                  
Sədrlik edən:                                                          A.Hüseynov
 
Hakimlər:                                                                 İ.Dadaşov
                                                                 İ.Hüseynov