ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Femida Dialoq Platforması” çərçivəsində növbəti görüş media nümayəndələri ilə keçirilib

25.05.2023, 10:43

2023-cü il mayın 25-də Azərbaycan Respublikasının Ali Məhkəməsində “Femida Dialoq Platforması” çərçivəsində növbəti görüş keçirilib. 

Görüşdə ölkəmizdə fəaliyyət göstərən media orqanları və televiziyaların rəhbər şəxsləri, hakimlər, eləcə də Ali Məhkəmə Aparatının əməkdaşları iştirak ediblər. 

Ali Məhkəmənin sədri İnam Kərimov qonaqları salamlayaraq, ölkəmizdə aparılan məhkəmə islahatlarına dəstək vermək üçün “Femida Dialoq Platforması”nın təsis edildiyini və bu platforma çərçivəsində hüquqşünaslar, hüquq müdafiəçiləri, eləcə də vətəndaş cəmiyyəti institutları ilə müzakirələrin təşkil olunduğunu bildirib. Sədr “Femida Dialoq Platforması” üzrə sayca ikinci görüşün media nümayəndələri ilə keçirilməsinin ictimai-siyasi həyatın əsasını təşkil edən medianın cəmiyyətimizdəki böyük rolundan irəli gəldiyini vurğulayıb. Bildirib ki, ölkəmizdə digər sahələrlə yanaşı, media sahəsində də islahatlar hər zaman dövlətin diqqətində olub. Son dövrlərdə aparılan islahatlarla media fəaliyyətinin qanunvericilik bazası təkmilləşdirilib, iqtisadi əsasları möhkəmləndirilib. 

Sədr diqqətə çatdırıb ki, Ali Məhkəmə ictimaiyyətlə əlaqələri genişləndirmək istiqamətində səy göstərir və məhkəmə fəaliyyətinin ictimaiyyətə düzgün çatdırılmasında media önəmli funksiyanı yerinə yetirir. Bu baxımdan media qurumlarından gözləntilər böyükdür. Qeyd edilib ki, Ali Məhkəmə jurnalistlərin təlim-tədris proqramlarına cəlb edilməklə məhkəmə sahəsində ixtisaslaşmalarına hər cür dəstək göstərməyə hazırdır. İnam Kərimov peşəkar ixtisaslaşmış jurnalistikanın məhkəmə müstəqilliyinin gücləndirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə böyük töhfə verəcəyini vurğulayıb. 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə çıxışında bildirib ki, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həlli ilə bağlı təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək Agentliyin daim diqqətində saxladığı məsələlərdəndir. Media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılmasının ölkəmizdə plüralizmin, fikir və söz azadlığnın təmin edilməsinin bariz sübutu olduğunu vurğulayan Əhməd İsmayılov media sahəsində islahatların əsas məqsədinin media mühitinin sağlamlaşdırılmasına və keyfiyyətli xəbər istehsalının dəstəklənməsinə yönəldiyini qeyd edib. 

Sonra tədbirdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, həmçinin təkliflər səsləndirilib.