Gürcüstanın Azərbaycandakı səfiri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
06.06.2011, 12:352011-ci il iyunun 6-da Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşanidze Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri may ayında Gürcüstanın Müstəqillik Günü ərəfəsində Acarıstan Muxtar Respublikasının Batumi şəhərində yeni Hüquq Evinin açılışı ilə əlaqədar bu ölkəyə səfərindən və bu səfər zamanı onda yaranan xoş təəssüratlardan söhbət açmışdır. Bildirmişdir ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq mövcuddur. Dost və qonşu Gürcüstanla möhkəmlənən faydalı münasibətlər hər iki ölkənin əməkdaşlığının yeni perespektivlərini açacaqdır.
Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşanidze Gürcüstanla Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Göstərilən platformalarda paylaş: