Harvard Universitetinin tələbələri Ali Məhkəmənin sədri ilə görüşmüşlər
05.06.2013, 12:352013-cü il iyunun 5-də ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatları Harvard Universitetinin tələbələri Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, hakimlərin seçki proseduru, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Ali Məhkəmənin sədri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının presedent hüququnun Azərbaycanda tətbiqindən danışmışdır.
Ali Məhkəmənin sədri tələbələrin verdiyi sualları ətraflı cavablandırmışdır. Tələbələrə təhsildə və həyatda uğurlar arzulamışdır.
Harvard universitetinin tələbələri Ali məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar. Bu tanışlıqdan məmnun qaldıqlarını bildirmişlər.
Göstərilən platformalarda paylaş: