ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Məhkəmənin sədri ilə görüşmüşdür

08.09.2016, 12:35
Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Məhkəmənin sədri ilə görüşmüşdür

         2016-cı il sentyabrın 08-də Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

         Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanla Hindistan arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır. 

         Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri bildirmişdir ki, Azərbaycanda  Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa  Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır.

         Səfir Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmişdir. Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini  qeyd etmişdir. Səfir  iki ölkə arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. 

          Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.         

          Səfir Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş,  Məhkəmə tarixi muzeyinə baxmışdır.