ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Hüquq elminin müasir problemləri” II beynəlxalq konfransının bir qrup nümayəndəsi ilə görüş

29.04.2010, 12:35
“Hüquq elminin müasir problemləri” II beynəlxalq konfransının bir qrup nümayəndəsi ilə görüş
“Hüquq elminin müasir problemləri” II beynəlxalq konfransının bir qrup nümayəndəsi ilə görüş

2010-cu il aprelin 28-də Bakıda Bakı Dövlət Universitetinin və Qafqaz Universitetinin təşkilatçılığı ilə keçirilən ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Hüquq elminin müasir problemləri”  II beynəlxalq  konfransının  bir qrup nümayəndəsi Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi haqqında  məlumat vermiş, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə danışmışdır. Azərbaycanda  bir çox ölkələrlə, xüsusilə  Türkiyə Respublikası ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini bildirmişdir.
 
Ali Məhkəmənin sədri konfrans iştirakçılarını maraqlandıran  suallara ətraflı cavab vermişdir. 

Qafqaz universitetinin rektoru, professor Ahmed  Saniç, Gazi universitetinin rektoru, professor Rza Ayhan, Türkiyə Respublikası Ali Məhkəməsinin hakimi Uğur Sayın və başqaları qloballaşan dünyada  hüquq elminin müasir  problemləri ilə bağlı fikirlərini bölüşmüşlər.

Konfrans iştirakçıları  Ali Məhkəmənin yüksək statusuna uyğun  yeni inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış,  hakimlərin iş şəraiti ilə tanış olmuşlar. Bu tanışlıqdan məmnun qaldıqlarını bildirmişlər.
 
Görüşün sonunda  Ali Məhkəmənin sədri  Azərbaycanın məhkəmə orqanlarına  xüsusi maraq və diqqət  göstərdiklərinə görə nümayəndələrə təşəkkürünü bildirmiş,  konfransın işinə uğurlar arzulamışdır.