ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair”

10.03.2023, 16:46
“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair”
“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair”

 

İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair

 

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 

Q Ə R A R I

 

    “ 19 ” dekabr 2022-ci il                        № 6                                         Bakı şəhəri

 

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətləri haqqında” Ali Məhkəmə Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Plana əsasən 02.11.2020 - 01.11.2021-ci il tarixləri arasında 1 il müddətinə, Bakı şəhəri üzrə rayon məhkəmələri, Bakı Kommersiya Məhkəməsi və  respublika üzrə apellyasiya instansiyası məhkəmələrindən anket məlumatlarının toplanması üsulu ilə monitorinq həyata keçirilmişdir.

Monitorinqin nəticələrini müzakirə edib, “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydaları”nın 5.6-cı maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Monitorinqin nəticələri təsdiq edilsin.

2. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına aşağıdakı redaksiyada əlavə və dəyişikliklər edilsin:

2.1.19-cu bəndin sonuncu cümləsində “kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər” sözlərindən sonra “(təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər)” sözləri əlavə edilsin.

2.2.Qərara aşağıdakı məzmunda 28-ci bənd əlavə edilsin:

“28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.

Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

2.3.Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə kommersiya məhkəmələri baxır” hissəsində “(təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər)” sözləri (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) sözləri ilə əvəz edilsin.

2.4.MPM-nin 26.2 və 355-5-ci maddələrinin tələbləri nəzərə alınaraq, Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Mübahisə üzrə hüquq münasibətinin xarakterinə dair tələblər” hissəsindən və bilavasitə Cədvəlin özünün “Xüsusi icraat qaydasında baxılan aşağıdakı tələblərdən birinə aiddir ?” hissəsindən “və ya hüquqi şəxslərin icra orqanının rəhbəri” sözləri, “və ya sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda hüquqi şəxslərin icra orqanının rəhbəri” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikası

Ali Məhkəməsinin sədri                                                                   Ramiz Rzayev

AZƏRBAYCAN RESPUBLİKASININ

ALİ MƏHKƏMƏSİ

İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinin təhlilinə dair

ARAYIŞ

 

Əhatə dairəsi: Bakı şəhəri üzrə rayon məhkəmələri, Bakı Kommersiya Məhkəməsi,  respublika üzrə apellyasiya instansiyası məhkəmələri

Müddəti: 1 il

Başlanma müddəti: 02.11.2020

Bitmə müddəti: 01.11.2021

A. GİRİŞ   

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli, 1706 nömrəli Sərəncamına əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1708-VQD nömrəli Qanununun tətbiqi ilə bağlı Məhkəmə-Hüquq Şurasına “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, maddi və prosessual normaların tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması qaydasını Azərbaycan Respublikası Ali Məhkəməsinin təklifləri əsasında iki ay müddətində müəyyən etməsi tövsiyə edilmişdir.

 Bununla bağlı Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası” (bundan sonra Qaydalar) hazırlanaraq 2020-ci il 29 fevral tarixli, 1 nömrəli qərarla təsdiq edilmişdir. Həmin qaydalara əsasən, məhkəmə fəaliyyətinin monitorinqi vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etmək, eləcə də hüququn və onun tətbiqi təcrübəsinin inkişaf etdirilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun maddi və prosessual normaların tətbiqi üzrə izahını nəzərdə tutan qərarının məhkəmələrdə tətbiqi vəziyyətinə dair məlumatların toplanılması, təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi sahəsində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən planlaşdırılan və kompleks şəkildə həyata keçirilən fəaliyyətdir.

 Monitorinq məhkəmələrdə işlərə baxılarkən hüququn tətbiqində dərin və uzun müddətli fərqli yanaşmaların olub-olmadığını, qanunvericiliyin və Plenumun qərarının vahid məhkəmə təcrübəsini formalaşdırmaq üçün uyğun və yetərli mexanizmi təmin edib-etmədiyini, sözügedən mexanizmlərin məhkəmələr tərəfindən işlərə baxılarkən tətbiq edilib-edilmədiyini və əgər tətbiq edilirsə nə dərəcədə səmərəli olmasını, eləcə də, Plenumun qərarının özündə hər hansı əlavə və dəyişikliklərin edilməsinə ehtiyacın yaranıb-yaranmadığını müəyyənləşdirməyə imkan verməlidir.

 Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində son dövrdə qanunvericiliyə məhkəmə icraatının aparılması qaydalarının daha da təkmilləşdirilməsinə yönəlmiş geniş həcmli əlavə və dəyişikliklər edilmişdir. Qanunvericiliyə edilmiş dəyişikliklər əsasında inzibati-iqtisadi məhkəmələrin əvəzinə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, habelə işlərin məhkəmə aidiyyətinin, yəni ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə, eləcə də məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının yeni qaydaları müəyyən edilmişdir.

 Bu sahədə hüquqi müəyyənliyin təmin edilməsi məqsədi ilə vahid məhkəmə təcrübəsinin yaradılmasının vacibliyi məhkəmələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 2019-cu il 9 iyul tarixli, 1633-VQD nömrəli Qanunla edilmiş dəyişikliklərin tətbiqi üzrə əsaslandırılmış izahın verilməsi zərurətini üzə çıxarmışdır.

 İşlərin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 18 sentyabr 2020-ci  tarixdə qərar qəbul etmişdir.

Eyni zamanda Ali Məhkəmənin Plenumu tərəfindən “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətləri haqqında” 2020-ci il 18 sentyabr tarixli Qərarın tətbiqi ilə bağlı ilk dəfə məhkəmələrin eyni tarixdə fəaliyyətinin monitorinqinin aparılmasına dair qərar qəbul edilmiş və bununla əlaqədar Bakı şəhərinin rayon məhkəmələrində, Bakı Kommersiya Məhkəməsində, apellyasiya instansiyası məhkəmələrində 2020-ci il noyabr ayının 2-dən 2021-ci il noyabr ayının 1-dək olan dövr ərzində anket məlumatlarının toplanması üsulu ilə monitorinqin keçirilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq qeyd edilən məhkəmələrə anketlər (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) göndərilərək, Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarlarına əsasən monitorinq üçün müəyyən edilmiş müddətlər ərzində və “Qaydalara” uyğun olaraq anketlərin doldurulması, eləcə də anket məlumatlarının nəticələrinin ümumiləşdirilməsinə dair vahid arayışın tərtib olunaraq Ali Məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Yekunda isə həmin dövr ərzində Bakı şəhərinin rayon məhkəmələrində, Bakı Kommersiya Məhkəməsində,  apellyasiya instansiyası məhkəmələrində “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətləri haqqında” 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı tərtib olunmuş və Ali Məhkəməyə təqdim olunmuş 227 anket üzrə məhkəmələrin fəaliyyətinin monitorinqi aparılmışdır.

B. STATİSTİK TƏHLİL

Ali Məhkəmənin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətləri haqqında” 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin 2020-ci ilin 2 noyabr tarixindən 2021-ci ilin 1 noyabr tarixinədək monitorinqinin aparılmasına dair qərar qəbul edilmişdir. Həmin qərarın icrası qaydasında “Mülki və kommersiya işləri üzrə Anket” hazırlanaraq məhkəmələrə göndərilmişdir. Həmin dövr ərzində qeyd olunan Plenum Qərarının tətbiqi ilə bağlı Bakı şəhərinin rayon məhkəmələrində tərtib olunmuş 200 anket, Bakı Kommersiya Məhkəməsində tərtib olunmuş 4 anket, apellyasiya instansiyası məhkəmələrində tərtib olunmuş 23 anket, ümumilikdə isə tərtib olunmuş 227 anket üzrə məhkəmələrin fəaliyyətinin monitorinqi aparılmışdır. 

1. Bakı şəhərinin rayon məhkəmələri üzrə:

1Bakı şəhərinin ümumi məhkəmələri tərəfindən baxılmış mübahisənin məhkəmə aidiyyəti ilə bağlı 200 işin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:

 

 

2. Bakı şəhərinin rayon məhkəmələri tərəfindən mübahisənin məhkəmə aidiyyəti ilə bağlı qərardad çıxarılmış 200 iş üzrə mübahisənin predmetini təşkil etmişdir:

- 67 iş üzrə pul tələbi;

- 42 iş üzrə borc tələbi;

- 17 iş üzrə müqaviləsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi tələbi;

- 18 iş üzrə öhdəliyin icrası tələbi;

- 11 iş üzrə əmlak tələbi;

- 22 iş üzrə iddia ərizəsi “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələr barəsində (onlardan, 11 ərizə “Azərsu” ASC-yə, 8 ərizə “Azərişıq” ASC-yə, 3 ərizə  “Azəriqaz” İB-yə qarşı);

-  6 iş üzrə iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi tələbi;

-  17 iş üzrə digər tələblər.

3. Bakı şəhərinin rayon məhkəmələri tərəfindən baxılmış 200 iş üzrə aşağıdakı əsaslarla mübahisənin məhkəmə aidiyyəti ilə bağlı qərardad qəbul edilmişdir:

- 179 iş üzrə məhkəmənin öz təşəbbüsü ilə;

- 21 iş üzrə qərardad işdə iştirak edən şəxslərin ərizəsi (vəsatəti) əsasında.

 

 

4. Bakı şəhərinin rayon məhkəmələrinin baxdığı işlər üzrə mübahisənin məhkəmə aidiyyəti ilə bağlı gəldiyi nəticələr:

- 196 iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. (17 iş cavabdehin ərizəsi əsasında, 179 iş məhkəmənin öz təşəbbüsü ilə)

- 4 iş üzrə cavabdehlərin iddia ərizəsinin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə ərizələri (vəsatətləri) təmin edilməmişdir.

 

 

5. Bakı şəhərinin rayon məhkəmələri tərəfindən mübahisənin məhkəmə aidiyyəti ilə bağlı qərardad çıxarılmış 200 iş üzrə Plenumunun Qərarına istinad olunma vəziyyəti:

- 153 iş üzrə məhkəmə aktında Ali Məhkəmənin müvafiq Plenumunun Qərarına istinad olunmuş, 47 iş üzrə məhkəmə aktında isə bu Qərara istinad olunmamışdır.

- 9-iş üzrə qeyd olunan qərardadlardan tərəflər kassasiya şikayəti vermiş, həmin şikayətlərə kassasiya instansiyası məhkəməsində  baxılaraq şikayətlər təmin edilməmiş, qərardadlar dəyişdirilmədən saxlanılmışdır.

 

II. Bakı Kommersiya Məhkəməsi üzrə:

Bakı Kommersiya Məhkəməsi tərəfindən məhkəmə aidiyyəti ilə bağlı cəmi işə  baxılmışdır. Onlardan:

3 iş ümumi yurisdiksiyalı məhkəmələrdən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə daxil olmuş, məhkəmə həmin  işlərə baxaraq, məhkəmələr arasında fikir ayrılığı olduğuna görə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün işləri kassasiya instansiyası məhkəməsinə göndərmiş, kassasiya instansiyası məhkəməsi isə aidiyyət məsələsinə baxaraq həmin işləri baxılması üçün ümumi yurisdiksiyalı məhkəmələrə göndərmişdir.

- 1 iş üzrə tərəfin işin baxılması üçün aidiyyəti məhkəməyə göndərilməsi barədə ərizəsi (vəsatəti) təmin edilməmişdir.

- 3 iş üzrə məhkəmə aktında Ali Məhkəmənin müvafiq Plenum Qərarına istinad olunmuş, 1 iş üzrə məhkəmə aktında isə bu Plenum Qərarına istinad edilməmişdir.

 

 

III. Apellyasiya instansiyası məhkəmələrindən daxil olmuş anketlərə baxılmasının müqayisəli təhlili

02 noyabr 2020-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək olan dövr ərzində  apellyasiya instansiyası məhkəmələri tərəfindən məhkəmə aidiyyəti ilə bağlı baxılmış 23 iş üzrə də tərtib olunmuş və Ali Məhkəməyə təqdim edilmiş anketlər əsasında müvafiq Plenum Qərarının tətbiqi ilə bağlı məhkəmə fəaliyyətinin monitorinqi aparılmışdır.

Qeyd olunan Plenum Qərarının tətbiqi ilə bağlı məhkəmə fəaliyyətinin monitorinqi  zamanı müəyyən edilmişdir ki, məhkəmə aidiyyəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsində baxılmış 1 işdə, Sumqayıt Apellyasiya Məhkəməsində baxılmış 9 işdə, Şəki Apellyasiya Məhkəməsində baxılmış 11 işdə,  Şirvan  Apellyasiya Məhkəməsində baxılmış 2 işdə birinci instansiya məhkəmələri tərəfindən məhkəmə aidiyyəti qaydalarının pozulması ilə işə baxıldığı müəyyən edilmişdir. Ona görə də apellyasiya instansiyası məhkəmələri işlərə baxarkən, məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamələri ləğv edib işləri baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərmişlər.

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində və Gəncə Apelyasiya Məhkəməsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamələr ləğv edilməmişdir.

 

Məhkəmə aidiyyəti qaydalarının pozulmasına görə apellyasiya instansiyası məhkəmələri tərəfindən ləğv edilən qətnamələrin sayı:

 

Apellyasiya instansiyası məhkəmələri tərəfindən məhkəmə aidiyyəti ilə bağlı ləğv edilmiş qətnamələrdə Plenumunun Qərarına istinad olunma vəziyyəti:

 

 

CMONİTORİNQİN NƏTİCƏLƏRİNİN TƏHLİLİ

I. Qaydalara əsasən Plenumun qərarının məhkəmələrdəki işlərə tətbiqi ilə əlaqədar keyfiyyət göstəriciləri ilə bağlı aşağıdakı hallar müəyyən edilmişdir.

1.Bəzi hallarda baxılmış işlər üzrə məhkəmə aktlarında Plenumun qərarına istinad edilməmişdir.

2. Baxılmış işlər üzrə Plenumun qərarının qeyri-düzgün və ya natamam tətbiqinə gətirib çıxaran və beləliklə də onun təhrif edilməsinə səbəb olan qərarın onun məna və məzmunundan fərqli olaraq daha geniş və ya məhdud həcmdə təfsir olunması halı müəyyən edilməmişdir.

3. Plenum qərarının eyni və müxtəlif instansiya məhkəmələrində fərqli tətbiqi təcrübəsinin bərqərar olması müəyyən edilməmişdir.

4.Plenumun qərarında verilmiş izahdan fərqlənən yanaşmalar müəyyən edilməmişdir.

 

II. Qaydalara əsasən Plenumun qərarının məhkəmələrdəki işlərə tətbiqi ilə əlaqədar kəmiyyət göstəriciləri ilə bağlı aşağıdakı hallar müəyyən edilmişdir.

1. Məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı baxılan 227 işdən 65 işdə Ali Məhkəmənin müvafiq Plenumun Qərarına istinad olunmamışdır (bütün aktlar qanuni qüvvəyə minmişdir).

 

 

2.Plenumun qərarında verilmiş izahdan fərqli yanaşmalar olmamışdır.

3. Plenumun qərarının aid olduğu mübahisələrə baxılması ilə əlaqədar intizam məsuliyyətinə cəlb olunmuş hakimlər olmamışdır.   

D. MONİTORİNQ NƏTİCƏSİNDƏ MÜƏYYƏN EDİLMİŞ NÖQSANLAR.

“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 26-cı bəndində göstərilmişdir ki,  fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (həmin Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.

Həmin Qərarın 27-ci bəndində göstərilmişdir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həya­ta ke­çi­ri­lən fə­a­liy­yə­tin sahibkar­lıq fə­a­liy­yə­ti he­sab olunma­sı üçün üç şərtin mövcudluğu tələb edilir: müs­tə­qil­lik, mən­fə­ət gö­tür­mək məqsə­di və fə­a­liy­yə­tin iq­ti­sa­di xarakter­li olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.

Həmçinin qeyd olunan Plenum qərarının qeyd hissəsində hüquq münasibətlərin xarakteri ilə bağlı göstərilmişdir ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır.

Təqdim olunmuş anketlərin və qərardadların təhlili nəticəsində müəyyən olunmuşdur ki, aşağıda qeyd olunmuş işlər üzrə məhkəmələr tərəfindən mübahisənin məhkəmə aidiyyəti ilə bağlı düzgün olmayan nəticəyə gəlinmişdir:

1) Bakı şəhərinin rayon məhkəməsinin icraatında olmuş mülki iş üzrə tərtib olunmuş anketdən görünür ki, iddiaçı 2021-ci il 16 aprel tarixində cavabdehə  qarşı iddia ərizəsi ilə müraciət edərək, əsassız olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Həmin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 26.2, 31.1-ci maddələrinə istinad etməklə belə qənaətə gəlmişdir ki, hazırkı mülki iş ümumi yurisdiksiyalı məhkəməyə aid deyildir. İddia ərizəsində göstərilmiş, əsassız borcun silinməsini tələb olunan ünvan qeyri-yaşayış sahəsidir. Buna görə də iş aidiyyəti üzrə kommersiya məhkəməsinə  göndərilməlidir.

Qeyd olunan anket məlumatından görünür ki,  iddiaçı fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsdir, borc isə qeyri sabibkarlıq subyekti üçün hesablanmışdır.  Bu baxımdan işin aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi Ali Məhkəmənin istinad olunan Qərarının 26 və 27-ci bəndlərinin tələbləri pozulmuşdur.

2) Bakı şəhərinin rayon məhkəməsinin icraatında olmuş mülki iş üzrə tərtib olunmuş anketdən görünür ki, iddiaçı, cavabdehə qarşı borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə həmin işin aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi qənaətinə gəlmiş və ona əsaslanmışdır ki, iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan və cavabdehinin 30.08.2017-ci il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”nin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus istixana üzrə borc hesablanmışdır. Ona görə də, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır.

Qeyd olunan anket məlumatından görünür ki,  iddiaçı fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsdir. Nəzərə alınmalıdır ki, hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olsa da, iddiaçı fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsdir. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələrdə baxılmalıdır. Həmin məhkəmə tərəfindən Ali Məhkəmənin sözügedən Plenum qərarının 27-ci bəndinin tələbləri pozulmuş, qeyd olunan mülki iş aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərmişdir.

E. MONİTORİNQİN  NƏTİCƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

1. Plenum qərarının çıxarılmasından sonra həmin sahədə hüququn tətbiqi təcrübəsində qərarının izahlarına uyğun dəyişikliklər baş vermişdir.

2. Plenum qərarı əvvəllər mövcud olmuş və sistemli xarakter daşıyan nöqsanlara gətirib çıxaran ziddiyyətlərin aradan qaldırılmasında yetərlidir.

3. Məhkəmələr tərəfindən işlərə baxılarkən Plenum Qərarı əsasən düzgün təfsir və tətbiq olunur.

4. Qeyd olunan Plenum qərarına 2021-ci il 24 dekabr tarixində yenidən dəyişikliklər edilmiş, həmin dəyişikliklərə əsasən Plenum qərarının 3-cü, 8-ci bəndləri qərardan çıxarılmış, 4, 9 və  24-cü bəndlər yeni redaksiyada verilmişdir.

5. Monitorinqin əhatə etdiyi dövr ərzində məhkəmələr tərəfindən işlərə baxılarkən Ali Məhkəmənin Plenum Qərarının maddi və prosessual normaların tətbiqi üzrə izahını nəzərdə tutan qərarının tələblərinə əsasən əməl olunaraq, hüququn tətbiqində dərin və uzun müddətli fərqli yanaşmalar olmasa da, eləcə də qanunvericilik və Plenum qərarı vahid məhkəmə təcrübəsini formalaşdırmaq üçün uyğun və yetərli mexanizmi təmin etsə də, aşkar edilmiş pozuntuların təkrarlanmasının qarşısının alınması üçün bir sıra əlavə və dəyişikliklər edilməsinə ehtiyac vardır.

Həmin təkliflər aşağıdakılardan ibarətdir:

5.1.  19-cu bəndin sonuncu cümləsində “kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər” sözlərindən sonra “(təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər)” sözləri əlavə edilsin.

5.2. Qərara aşağıdakı məzmunda 28-ci bənd əlavə edilsin:

“28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.

Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

5.3. Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə kommersiya məhkəmələri baxır” hissəsində “(təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər)” sözləri (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) sözləri ilə əvəz edilsin.

5.4. MPM-nin 26.2 və 355-5-ci maddələrinin tələbləri nəzərə alınaraq, Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Mübahisə üzrə hüquq münasibətinin xarakterinə dair tələblər” hissəsindən və bilavasitə Cədvəlin özünün “Xüsusi icraat qaydasında baxılan aşağıdakı tələblərdən birinə aiddir ?” hissəsindən “və ya hüquqi şəxslərin icra orqanının rəhbəri” sözləri, “və ya sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda hüquqi şəxslərin icra orqanının rəhbəri” sözləri ilə əvəz edilsin.

6. Əlavə olaraq qeyd olunmalıdır ki, monitorinq zamanı aşkar edilmiş nöqsanların müzakirə edilməsi və gələcəkdə işlərə baxılması zamanı nəzərə alınması məqsədi ilə tərtib edilmiş arayışın birinci və apellyasiya instansiyası məhkəmələrinə göndərilməsi məqsədəmüvafiq olardı.

 

Ali Məhkəmənin

Kommersiya Kollegiyasının sədri

Kəmalə Abiyeva