ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

İstanbulda Beynəlxalq Məhkəmə İdarəçiliyi Layihəsi üzrə konfrans keçirilmişdir

11.11.2009, 12:35
İstanbulda Beynəlxalq Məhkəmə İdarəçiliyi Layihəsi üzrə konfrans keçirilmişdir
İstanbulda Beynəlxalq Məhkəmə İdarəçiliyi Layihəsi üzrə konfrans keçirilmişdir

2009-cu il noyabrın 2-4-də Türkiyənin İstanbul şəhərində Beynəlxalq Məhkəmə hakimiyyəti və məhkəmə orqanlarının idarə edilməsinə həsr olunmuş dördüncü Beynəlxalq Konfrans keçirilmişdir. Konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində Ali Məhkəmə Aparatının rəhbəri vəzifəsini icra edən Əlirza Kərimov da iştirak etmişdir. Konfransda Beynəlxalq Məhkəmə İdarəçiliyi layihəsi (UYAP) geniş müzakirə olunmuşdur. Məhkəmə orqanlarının fəaliyyəti, idarə edilməsi, məhkəmələrin xüsusi layihə ilə tikilməsi, təmiri, müasir rabitə və informasiya texnologiyaları ilə təmin edilməsi, enerji və su təchizatı, avtomobil və xüsusi texnika ilə təminatı barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirələrdə və disskusiyalarda fəal iştirak etmiş, ayrı-ayrı ölkələrin nümayəndələri ilə görüşlərində və söhbətlərində Azərbaycanda məhkəmə islahatları zamanı toplanmış müsbət təcrübəyə diqqəti cəlb etmiş, bununla bağlı suallara cavab vermişlər.