ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

İtaliyanın Trieste şəhərində "Hakimlərinin və Prokurorların müstəqilliyi: PERSPEKTİVLƏR və PROBLEMLƏR" üzrə seminar keçirilmişdir

11.04.2011, 12:35
İtaliyanın Trieste şəhərində "Hakimlərinin və Prokurorların müstəqilliyi: PERSPEKTİVLƏR və PROBLEMLƏR" üzrə seminar keçirilmişdir
İtaliyanın Trieste şəhərində "Hakimlərinin və Prokurorların müstəqilliyi: PERSPEKTİVLƏR və PROBLEMLƏR" üzrə seminar keçirilmişdir

2011-ci il 28 fevral - 3 mart tarixlərində,  İtaliyanın Trieste şəhərində, Hüquqi mexanizmlərin vasitəsi ilə demokratiyaya nail olmaq üzrə Avropa komissiyası “Hakimlərin və Prokurorların müstəqilliyi:  PERSPEKTİVLƏR və PROBLEMLƏR” üzrə seminar keçirilmişdir. Seminarda Azərbaycan, Albaniya, Belarusiya, Bolqarıstan, Xorvatiya, Moldova, Çernoqoriya, Rumıniya, Rusiya və Ermənistanın nümayəndələri iştirak ediblər.

Azərbaycanı - Azərbaycan Respublikası Prezident Aparatının məsləhətçisi Səadət Yusifova, Ali Məhkəmənin Beynəlxalq Şöbəsinin baş məsləhətçisi Eldar Məlik-Abbasov və  Prokurorluğun əməkdaşı Beynəlxalq Əlaqələr idarəsinin  Prokuroru  Anar Tağıyev təmsil etmişlər. 

Seminar zamanı  Müstəqil məhkəmə sistemi: Azərbaycanın təcrübəsi haqqında  Anar Tağıyev çıxış etmişdir. Prezentasiya zamanı o, Məhkəmə və Prokurorluq sistemlərindən, onların strukturu və yeniliklərindən danışmış, hakimlərin seçilməsi, büdcənin artırılması və cinayət işləri statistikasının həlli ilə bağlı çoxlu maraqlı faktlar, qrafiki sxemlər, diaqramlar  və başqa slaydlar göstərmişdir.
 

Yekunda Eldar Məlik-Abbasov,  “ Məhkəməyə təsir ” – mövzusu ilə çıxış edərək Dağlıq Qarabağ, Xocalı və 20 Yanvar hadisələri ilə bağlı  beynəlxalq təşkilatların qərarlarının varlığını bildirdi və bu haqda Beynəlxalq Məhkəmənin fikirlərinin və ya məsləhətlərinin olmadığını qeyd etdi. Göstərilən  beynəlxalq qanunsuzluğa qarşı heç bir tədbir görülməməsi Beynəlxalq Məhkəməyə təsirin bir formasıdır.

Avropa Şurası Venesiya  Komissiyasının rəsmiləri tərəfindən seminarın iştirakçı dövlətlərin nümayəndələrinə, seminarda oxunmuş mühazirələr  ilə bağlı gələcəkdə öz dövlətlərində seminarların, konfransların təşkil edilməsi haqda tövsiyə edilmişdir.

Bununla əlaqədar 2011-ci ilin Aprelin 11-də Ali Məhkəmədə tezis formasında  informativ tezis formasında seminar kecirilmişdir.