ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Könüllülər “Açıq qapı” günü çərçivəsində Ali Məhkəmədə olublar

26.08.2026, 12:40

“ASAN Könüllüləri” Təşkilatının üzvləri növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.

Könüllülər Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə Tarixi Muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi İlkin Abdullayev könüllülərə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət idarəçiliyində yeri və rolu, habelə qanunvericilik və məhkəmə təcrübəsi barədə məlumat verib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda könüllülər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.