ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Latviya Ədliyyə Nazirliyinin Dövlət katibi ilə görüş

25.04.2017, 12:35
Latviya Ədliyyə Nazirliyinin Dövlət katibi ilə görüş
Latviya Ədliyyə Nazirliyinin Dövlət katibi ilə görüş

      2017-ci il aprelin 25-də ölkəmizdə səfərdə olan Latviya Ədliyyə Nazirliyinin Dövlət katibi Raivis Kronbergsin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev və Cinayət Kollegiyasının sədri Şahin Yusifovla görüşmüşdür.

      Görüşdə Ali Məhkəmədə aparılan məhkəmə-hüquq tədbirlərindən söhbət getmiş, qanunun aliliyini təmin etmək məqsədilə məhkəmələrin qarşısında duran vəzifələrdən, əməkdaşlığın inkişaf perspektivlərindən danışmışlar.

      Görüş iştirakçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışlar.

      Latviyalı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.