MDB-nin müşahidə missiyasının qərargah rəisi Yevgeniy Slobodanın başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin Inzibati-iqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyevlə görüşmüşdür
29.10.2015, 12:352015-ci il oktyabrın 29-da Milli Məclisə seçkilərlə əlaqədar ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyindən müşahidə missiyasının qərargah rəisi Yevgeniy Slobodanın başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin Inzibati-iqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyevlə görüşmüşdür.
Görüşdə kollegiya sədri məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin olunması sahəsində görülən işlər barəsində məlumat vermiş, bütün bunların insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulamışdır.
Kollegiya sədri bu il noyabrın 1-də Azərbaycanda Milli Məclisə keçiriləcək sekçilərin demokratik keçiriləcəyinə diqqəti cəlb edərək qeyd etmişdir ki, seçkilərlə bağlı məhkəmələrə müraciət edən seçicinin şikayətinə qanunvericiliyin tələblərinə müvafiq baxılır.
MDB-dən müşahidə missiyasının qərargah rəisi Yevgeniy Sloboda Azərbaycanda Milli Məclisə keçiriləcək sekçi prosesini izləmək üçün gəldiklərini bildirmişdir. O, sekçi ərəfəsində ciddi qanun pozuntularına rast gəlmədiklərini qeyd etmiş, bütün namizədlərə eyni şərait yaradıldığını müşahidə etdiklərini vurğulamışdır. Müşahidə missiyasının qərargah rəisi Mərkəzi Sekçi Komissiyasının işinin də qənaətbəxş olduğunu qeyd etmişdir. Yevgeniy Sloboda Milli Məclisə sekçilərə hazırlıqla və sekçinin nəticələri ilə bağlı hesabatlar hazırlayacaqlarını nəzərə çatdırmışdır.
Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan hüquqlarının təmin olunması və Milli Məclisə keçiriləcək sekçilərlə bağlı faydalı müzakirələr aparılmışdır.
Göstərilən platformalarda paylaş: