ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Miras şərikliyi və mirasın bölüşdürülməsi” adlı elmi-praktik vəsait çap olunub

11.09.2024, 17:56

Azərbaycan Hakimlər İttifaqının dəstəyi ilə Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Zaur Əliyevin müəllifi olduğu “Miras şərikliyi və mirasın bölüşdürülməsi” adlı elmi-praktik vəsait çap olunub.

Kitabda vərəsəlik hüququnun mühüm institutlarından olan miras şərikliyi və mirasın bölüşdürülməsi mövzusunun bugünkü aktuallığı və əhəmiyyəti vurğulanıb, miras şərikliyinin anlayışı və xüsusiyyətləri, şəriklikdə iştirak edən vərəsələrin səlahiyyətləri, şərikliyin ləğvi və mirasın bölüşdürülməsi kimi məsələlər elmi-praktik materiallar əsasında təhlil edilib, bəzi rəy və təkliflər verilib.

Mövzunun əhəmiyyəti nəzərə alınaraq, kitabın mülki hüquq sahəsində fəaliyyət göstərən hakimlərə, vəkillərə, notariuslara və universitetlərə paylanması nəzərdə tutulur.