ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Moldovalı qonaqlar Ali Məhkəmədə olmuşlar

14.07.2010, 12:35
Moldovalı qonaqlar Ali Məhkəmədə olmuşlar
Moldovalı qonaqlar Ali Məhkəmədə olmuşlar

2010-cu il iyulun 14-də ölkəmizdə səfərdə olan  Moldova Respublikası Konstitusiya Məhkəməsinin sədri Dimitri Pulberenin  başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayeylə görüşmüşdür. 

Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrlə  məhkəmə-hüquq sahəsində  əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini bildirmişdir. Ali Məhkəmənin sədri həmçinin son illər  respublikamızda  məhkəmə-hüquq sisteminin  təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində  həyata  keçirilən tədbirlərdən, eləcə də  Ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır.

Azərbaycanın MDB ölkələri ilə  işgüzar əlaqələrinin  inkişaf səviyyəsindən razılığını ifadə edən Ali Məhkəmənin sədri əmin  olduğunu bildirmişdir ki, Moldova Konstitusiya Məhkəməsi sədrinin Azərbaycana səfəri məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.

Moldovan Konstitusiya Məhkəməsinin sədri  Dimitri Pulbere iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
 
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Moldovalı qonaqlar Ali Məhkəmənin  yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş,  məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar.

Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına  xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Moldovanın Konstitusiya Məhkəməsinin sədrinə və nümayəndə heyətinin üzvlərinə   minnətdarlığını bildirmiş,  gələcək işlərində uğurlar arzulamışdır.