ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Naxçıvan Şəhər Məhkəməsində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən seminar keçirilmişdir

11.06.2016, 12:35
Naxçıvan Şəhər Məhkəməsində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən seminar keçirilmişdir
Naxçıvan Şəhər Məhkəməsində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən seminar keçirilmişdir

        11 iyun 2016-cı il tarixində Naxçıvan Şəhər Məhkəməsində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü və 5-ci maddələrinin tətbiqinin aktual məsələləri və mülki və inzibati-iqtisadi işlərə baxılması zamanı yaranan problemlər və onların həlli yolları” mövzusunda seminar keçirilmişdir. Naxçıvan Muxtar Respublikası məhkəmələrinin hakimlərinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin və İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşlarının iştirakı ilə təşkil olunan seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov tədbir iştirakçılarını salamlamış və Avropa Məhkəməsinin təcrübəsinin öyrənilməsinin vacib olduğunu vurğulamışdır.

Seminarda Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin aparıcı məsləhətçisi Gülarə Abdullayeva işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar anlayışlarının və Azərbaycana qarşı qərarların təhlilinə həsr olunmuş təqdimatla çıxış etmişdir. Daha sonra Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov “İşgəncə verilməsi, işgəncənin təsiri ilə etirafedici izahatların alınması haqqında iddialarla əlaqədar təcrübədə üzə çıxan problemlər” mövzusunda çıxış etmiş, milli təcrübədən müvafiq nümunələri seminar iştirakçılarının diqqətinə çatdırmışdır.

Seminarın ikinci hissəsində şöbənin müdiri Kəmalə Əliyeva və məsləhətçisi Süleyman Aslanov azadlıq və toxunulmazlıq hüququ və Azərbaycana qarşı qərarların təhlili üzrə təqdimatlarla çıxış etmişlər.  Seminarda Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Vəfaddin İbayev və İnzibati-İqtisadi Kollegiyanın hakimi İlqar Dadaşov “Məhkəmələr tərəfindən mülki və inzibati-iqtisadi işlərə baxılması zamanı yaranan problemlər və onların həlli yolları”  mövzusu ilə bağlı fikirlərini seminar iştirakçıları ilə bölüşmüşlər.

Seminarda həmçinin kazuslar həll edilmiş, mövzu ətrafında geniş müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.