ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Niderland Krallığının Ədliyyə naziri Ali Məhkəmənin sədri ilə görüşmüşdür

12.08.2010, 12:35
Niderland Krallığının Ədliyyə naziri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
Niderland Krallığının Ədliyyə naziri Ali Məhkəmənin sədri ilə görüşmüşdür

2010-cu il avqustun 12-də ölkəmizdə səfərdə olan Niderland Krallığının Ədliyyə naziri Eanst Maurits Henriuts Hirsch Ballinin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər. 
Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycanda beynəlxalq hüququ aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standarlarına uyğunlaşdırılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarlara baxılır və icra olunur. 
Azərbaycan və Niderland Krallığı arasında dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edən Ali Məhkəmənin sədri məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf etdirilməsi, bu münasibətlərin daha da genişlənməsi üçün real imkanların olduğunu vurğulamışdır. Azərbaycan Ədliyyə Nazirliyi ilə  Niderland Krallığının Ədliyyə Nazirliyi arasında imzalanan sənədlərin hər iki ölkənin məhkəmə-hüquq sahəsinin inkişafında mühüm rol oynayacağını bildirmişdir.
Niderland Krallığının Ədliyyə naziri Azərbaycanda məhkəmə sistemində aparılan islahatlara maraq göstərmiş, məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləmişdir. 
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fkir mübadiləsi aparılmışdır. 
Niderlandlı qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş,  məhkəmə tarixi muzeyinə baxmışlar. Niderland Krallığının Ədliyyə naziri  xatirə kitabına  ürək sözlərini yazmışdır. 
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə Niderland Krallığının Ədliyyə nazirinə və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmiş və işlərində uğurlar arzulamışdır.