ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Niderland Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Jan Lukas van Hoorn ilə görüş

16.12.2009, 12:35
Niderland Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Jan Lukas van Hoorn ilə görüş
Niderland Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Jan Lukas van Hoorn ilə görüş

2009-cu il dekabrın 14-də  Niderland Krallığının  ölkəmizə yeni təyin olunmuş səfiri Jan Lukas van Hoorn Ali Məhkəmənin sədri  Ramiz Rzayevlə görüşmüşdür.
 Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən  Ali Məhkəmənin sədri qeyd etmişdir ki,  Azərbaycanda Avropa  kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də  “İnsan hüquqlarının və əsas azadlıqlarının  müdafiəsi haqqında”  Avropa Konvensiyasının  müddəaları, Avropa İnsan Hüquqları  Məhkəməsinin presedent  hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. 
Azərbaycan və Niderland arasında dostluq və əməkdaşlıq münasibətlərini  məmnunluqla qeyd edən Ali Məhkəmənin sədri  məhkəmə-hüquq sahəsində  əlaqələrin inkişaf etdirilməsi, bu münasibətlərin daha da  genişlənməsi üçün  real imkanların olduğunu bildirmişdir.
Səfir Azərbaycanda məhkəmə sistemində aparılan islahatlara maraq göstərmiş, hüquqi sahədə  əməkdaşlığın daha da  dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə  faydalı fikir mübadiləsi aparılmışdır.
Səfir Ali Məhkəmənin yüksək statusuna  uyğun  yeni inzibati  binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuşdur.
 Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə Niderland Krallığının ölkəmizdəki səfirinə minnətdarlığını bildirmiş və fəaliyyətində uğurlar arzulamışdır.