Qətərin Azərbaycandakı səfiri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
08.02.2017, 12:352017-ci il fevralın 8-də Qətər Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən Yusif əl-Saai Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Ali Məhkəmənin sədri məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlər, Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə səfirə məlumat vermiş, ənənə və dəyərlərlə bir-birinə yaxın olan Azərbaycan və Qətər xalqlarının həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin olduğunu qeyd etmiş, məhkəmə hüquq sahəsində əməkdaşlığın səmərəli nəticələr verəcəyini vurğulamışdır.
Səfir Yusif bin Həsən Yusif əl-Saai Azərbaycanla Qətər Dövləti arasında əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə etmişdir. Səfir ölkəmiz haqqında təəssüratlarını bölüşmüşdür.
Göstərilən platformalarda paylaş: