ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Qirğiz Respublikası Ali Məhkəməsi Konstitusiya Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur

09.10.2014, 12:35
Qirğiz Respublikası Ali Məhkəməsi Konstitusiya Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur
Qirğiz Respublikası Ali Məhkəməsi Konstitusiya Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur
 2014-cü il oktyabrın 9-da ölkəmizdə səfərdə olan Qirğiz Respublikası Ali Məhkəməsi Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyevin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Qırğız nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, ənənə və dəyərlərlərlə bir-birinə yaxın olan hər iki xalqın həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin olduğunu qeyd etmiş, məhkəmə hüquq sistemləri arasında da bu əlaqələrin inkiıaf edəcəyinə əminliyini ifadə etmişdir.
          Ali Məhkəmənin sədri həmçinin respublikamızda məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlər, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir.
 Qirğiz Respublikası Ali Məhkəməsi Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyev ölkəsində həyata keçirilən hüquq islahatlarından və Qırğız Ali Məhkəməsi Konstitusiya Palatasının fəaliyyət dairəsindən danışmışdır. Bildirmişdir ki, iki ölkə arasında əməkdaşlıq böyük əhəmiyyət daşıyır və bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
         Qırğız qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışlar.