Rusiya Azərbaycan və Gürcüstanla sərhədini bütün əcnəbilər üçün müvəqqəti bağlamışdır
19.08.2008, 12:35Rusiya Azərbaycan və Gürcüstanla sərhədini, MDB ölkələrinin vətəndaşları istisna olmaqla, bütün əcnəbilər üçün müvəqqəti bağlamışdır. Rusiya hökumətinin mətbuat xidmətindən bildirmişlər ki, Vladimir Putin 12 avqust 2008-ci il tarixli qərarı imzalamışdır. Sənəddə deyilir ki, əcnəbi vətəndaşların sərhədi keçmələri “xarici terror təşkilatları üzvlərinin Şimali Qafqaz hüdudlarında RF-nin dövlət sərhədindəki buraxılış məntəqələrindən Rusiya ərazisinə daxil olmalarının, silah və təxribat vasitələrinin gətirilməsinin qarşısını almaq üzrə tədbirlər” çərçivəsində məhdudlaşdırılmışdır.
Rusiya Federal Təhlükəsizlik Xidmətinə nəqliyyat, daxili işlər nazirlikləri və Federal Gömrük Xidməti ilə qarşılıqlı fəaliyyət göstərməklə, Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə və Abxaziya ərazisi istisna olmaqla, Gürcüstanla sərhədindən müvəqqəti olaraq təkcə MDB ölkələri vətəndaşlarının və nəqliyyat vasitələrinin, habelə Latviya, Litva və Estoniyanın dəmir yolu qatarlarının buraxılması barədə göstəriş verilmişdir.
Göstərilən platformalarda paylaş: