Rusiya Federasiyası Ali Məhkəməsinin sədri V.M.Lebedevin dəvəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Ümumrusiya hakimlərinin VII qurultayında iştirak etmişdir.
02.12.2008, 12:35Rusiya Federasiyası Ali Məhkəməsinin sədri V.M.Lebedevin dəvəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2008-ci il dekabrın 2-dən 4-dək Moskva şəhərində keçirilən Ümumrusiya hakimlərinin VII qurultayında iştirak etmişdir.
Qurultayda Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyev Rusiya hakimlərinin qarşısında duran vəzifələr barədə çıxış etmişdir.
Qurultayda Rusiya Federasiyası Ali Məhkəməsinin sədri V.M.Lebedevin, Ali Arbitrac Məhkəməsinin sədri A.A.İvanovun, Konstitusiya Məhkəməsinin sədri V.D.Zorkinin Rusiya Federasiyası məhkəmə sisteminin gələcək inkişafı haqqında məruzələri dinlənilmişdir.
Qurultayda Rusiya Federasiyası Məhkəmə Şurasının, Məhkəmə Ali İxtisasartırma Kollegiyasının, Ali Məhkəmə yanında Məhkəmə Departamentinin işi haqqında hesabatlar dinlənilmiş, Məhkəmə Şurasına və Məhkəmə Ali İxtisasartırma Kollegiyasına seçkilər keçirilmişdir.
Göstərilən platformalarda paylaş: