ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Sia.az: Fuad Ələsgərov Prezidentin salamlarını tədbir iştirakçılarına çatdırıb

24.10.2014, 12:35
Sia.az: Fuad Ələsgərov Prezidentin salamlarını tədbir iştirakçılarına çatdırıb
Sia.az: Fuad Ələsgərov Prezidentin salamlarını tədbir iştirakçılarına çatdırıb

"Bugünkü konfrans Azərbaycan Respublikasının Avropa Şurasının sədrliyi çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən biri olaraq dövlətimizin Avropa Konvensiyasına və Avropa Məhkəməsinin fəaliyyətinə xüsusi önəm verdiyini bir daha sübut edir". SİA-nın məlumatına görə, bunu bu gün "İnsan Hüquqları və əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfransında çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına salamlarını çatdırarkən deyib.

"Mən ilk öncə Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu mövzusunda beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyevin salamlarını çatdırmaq istərdim: “Azərbaycan Prezidenti Avropa Şurası Parlament Assambleyasının 2014-cü il iyun sessiyası zamanı çıxış edərkən Azərbaycan sədrlik predmetlərini təyin edib. Bunlar korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq vasitəsilə qanunun aliliyini genişləndirilməsi, mədəniyyət baxımından fərqli cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında konselekasiyası, sosial birliyin İnsan hüquq və azadlıqlarının təmin edilməsi, gənclərin İnsan hüquqları və demokratiya məsələləri üzrə maarifləndirilməsidir. Bugünkü konfrans  Azərbaycan Respublikasının Avropa Şurasının sədrliyi çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən biri olaraq dövlətimizin Avropa Konvensiyasına və Avropa Məhkəməsinin fəaliyyətinə xüsusi önəm verdiyini bir daha sübut edir. Azərbaycanın sədrliyi dövrdə keçirdiyimiz konfranslar, seminarlar və təqdimatlar Avropa dəyərlərinin geniş yaylması və üzv dövlətlərin Azərbaycanla yaxından tanış olması üçün xüsusi əhəmiyyət kəsb edir. Biz Avropa Məhkəməsinin səmərəliyinin artırılması istiqamətində yeni yanaşmaları və Avropa Konvensiyasının dəyərlərinin geniş yayılmasını dəstəkləyirik" - deyə, F.Ələsgərov bildirib.

 http://sia.az/ru/news/politics/439122-fuad-elesgerov-prezidentin-salamlarini-tedbir-istirakcilarina-catdirib