ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Sia.az: Məhkəmə sədri: "Bu, çox vacib və əhəmiyyətli olan tələb və qaydadır"

24.10.2014, 12:35
Sia.az: Məhkəmə sədri: "Bu, çox vacib və əhəmiyyətli olan tələb və qaydadır"
Sia.az: Məhkəmə sədri: "Bu, çox vacib və əhəmiyyətli olan tələb və qaydadır"

"İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyası ilə bağlı öhdəlik üzərinə götürən tərəflər vətəndaşlarının əsas azadlıqlarını təmin etməlidir". SİA-nın məlumatına görə, bunu bu gün İnsan Hüquqları və əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Avropa İnsan Haqları Məhkəməsinin sədri Din Şpilman bildirib.

Məhkəmə sədrinin sözlərinə görə, bu, çox vacib və əhəmiyyətli olan bir tələb və qaydadır: “Xüsusilə də əgər biz Konvensiyanın ölkə daxilində tətbiqindən danışırıqsa, daxili məhəkəmələr baxımından da bu qaydaların tətbiqi müstəsna əhəmiyyət kəsb edir. Müxtəlif vasitələrdən istifadə edən Avropa İnsan Hüquqları Məhkəməsi ölkələrdə həmin struktur xarakterli çatışmazlıqların aradan götürülməsinə dair pilot, sınaq xarakterli tövsiyyələr, qərarlar çıxarılır.

Statistikaya nəzər salsaq, görərik ki, Avropa Məhkəməsində məhkəmə işlərinin sayı azalıb. Lakin bu məsələ hələ də diqqət mərkəzindədir.  Çünki bəzi işlərə daha çox vaxt tələb olunur, hakimlərin yükünün yenə azalmasına ehtiyac var. Xüsusilə dövlətlərlə təmaslarda Avropa İnsan Hüqüqlarının Məhkəməsinin çıxardığı qərarlar, verilən tövsiyyələrin ədalətli olmasına çalışmalıyıq.  Bu, həm də Avropa Şurası Nazirlər Komitəsinin üzərinə düşən bir roldur. Sabah səhər konfrans çərçivəsində son sessiyada hakimlər arasında dialoq barədə danışacağıq”.

http://sia.az/ru/news/politics/439130-mehkeme-sedri-bu-cox-vacib-ve-ehemiyyetli-olan-teleb-ve-qaydadir