ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Sia.az: XİN başçısı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə görüşüb

24.10.2014, 12:35
Sia.az: XİN başçısı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə görüşüb
Sia.az: XİN başçısı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda konfransın əhəmiyyəti qeyd olunub.

Həmçinin Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığa aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

http://sia.az/az/news/social/439319-xin-bascisi-insan-huquqlari-uzre-avropa-mehkemesinin-sedri-ile-gorusub