ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Şirvan Apellyasiya Məhkəməsində 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

23.02.2018, 12:35
Şirvan Apellyasiya Məhkəməsində 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
Şirvan Apellyasiya Məhkəməsində 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

23 fevral 2018-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsində 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir.

İclasda Şirvan Apellyasiya Məhkəməsinin hakimləri ilə yanaşı məhkəmənin ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin  Cinayət Kollegiyasının sədri  Şahin Yusifov, Ali Məhkəmənin Mülki və İnzibati-İqtisadi Kollegiyalarının hakimləri Əhməd Nurməmmədov və Kəmaləddin Bədəlovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Əfqan Ələkbərov iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət  Ağayev məhkəmənin 2017-ci ildə ümumi fəaliyyəti barədə məlumat verərək qeyd etmişdir ki, 2017-ci il ərzində məhkəməyə cəmisi 5542 iş, o cümlədən mülki kоllеgiyаnın icraatına 3677 iş, inzibаti-iqtisаdi kоllеgiyаnın icraatına 676 (585-inzibati, 91-iqtisad) iş, cinаyət kоllеgiyаsının icraаtına 1130 iş, hərbi kоllеgiyаnın icraatına isə 59 iş daxil olmuş və bu göstəricilərin 2016-cı ilin göstəriciləri ilə müqayisəli təhlili göstərir ki, 2017-ci il ərzində məhkəmənin icraatında 957, yəni 17,2% çox iş olmuşdur. Məhkəmənin sədri onu da xüsusilə vurğulamışdır ki, hesabat dövründə baxılmış cinayət ilərindən 20 nəfər barəsində 19 iş üzrə birinci instansiya məhkəmələrinin ittiham hökmləri ləğv edilərək təqsirləndirilən şəxslər haqqında bəraət hökmləri çıxarılmış, 4 şəxsə isə hissəvi bəraət verilmişdir.   

2017-ci ildə Şirvаn Аpеllyаsiyа Məhkəməsinə 824 müraciət (ərizə, şikayət və təklif) daxil olmuş, onlardan 782-si, yəni  94.9% ərizələr, 42-si, yəni 5.9% şikayətlər təşkil etmişdir ki, 2016-cı illə müqayisədə bu göstəricilərdə azalma olmuşdur.

Hesabat ilində məhkəmənin intеrnеt səhifəsində vətəndаşlаrın məlumаt əldə еtməsinin аsаnlаşdırılmаsı üçün tаriхlər və аnkеt məlumаtlаrı üzrə ахtаrış sistеmi təkmilləşdirilmiş, bununla belə 2016-cı il ilə müqayisədə 2017-ci ildə məhkəməyə daxil olan onlayn müraciətlərin sayı azalmışdır.  

İclasda 2017-ci il ərzində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında işlərə baxılması barədə cinayət kollegiyasının sədri vəzifəsini icra edən hakim Ələsgər Novruzovun, Hərbi Kollegiyada işlərə baxılması barədə hərbi kollegiyanın sədri vəzifəsini icra edən hakim Kamran Əkbərovun, Mülki Kollegiyada işlərə baxılması barədə mülki kollegiyanın sədri vəzifəsini icra edən hakim Zəki Babayevin, İnzibati-İqtisadi Kollegiyada işlərə baxılması barədə baxılmış işlərlə bağlı inzibati-İqtisadi kollegiyanın sədri vəzifəsini icra edən hakim Zeynal Zeynalovun, habelə Şirvan Apellyasiya Məhkəməsi Aparatının 2017-ci ildə fəaliyyəti barədə Aparatın rəhbəri Ramil İsayevin, Şirvan Apellyasiya Məhkəməsinin Xərclər smetası və maliyyə təsərrüfatı, Həmkarlar İttifaqı Komitəsinin 2017-ci ildə fəaliyyəti barədə baş mühasib Hüseyn Həbibovun, müraciət, ərizə və şikayətlər bаrədə aparıcı məsləhətçi Vüqar Qasımovun məruzələri dinlənilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifov tədbirdə çıxış edərək kassasiya qaydasında baxılan cinayət işləri barədə məlumatı, rast gəlinən nöqsanları, o cümlədən “tədbir iştirakçılarının diqqətinə çatdırmış və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı neqativ hallara yol verilməməsini, ədalətli, qanuni və obyektiv qərarların qəbul edilməsini, insanların məhkəmələr inamının artırılması üçün zəruri tədbirlərin görülməsini hakimlərə tövsiyə etmişdir.

İclasda həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimiƏhməd Nurməmmədov, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi Kəmaləddin Bədəlov çıxış edərək kassasiya qaydasında baxılan mülki və inzibati-iqtisadi işlər barədə məlumat vermiş, birinci instansiya məhkəmələrində “Azərbaycan Respublikası Məhkəmələrində Kargüzarlığın Aparılmasına dair Təlimatın” tələblərinin bəzi hallarda pozulmasını, məhkəmə prosesində tərəflərin iştirakının təmin olunmamasını, bəzən məhkəmə qərəarları ilə məhkəmə protokolları arasında ziddiyətlərin müəyyən edilməsini, apellyasiya şikayətlərinin ayrı-ayrı hallarına hüquqi qiymət verilməməsini və işlərə kassasiya qaydasında baxılarkən aşkar edilən digər nöqsanları tədbir iştirakçılarının diqqətinə çatdırmış və müxtəlif işlər üzrə vahid məhkəmə təcrübəsinin yaradılması istiqamətində öz təkliflərini bildirmişlər.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Əfqan Ələkbərov öz çıxışında yığıncaq iştirakçılarının diqqətini məhkəmələrə müraciət edən şəxslərin ərizə, şikayət, təkliflərinin qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə baxılmasına və operativ şəkildə cavablandırılmasına, vətəndaşların narazılığına səbəb olan neqativ halların aradan qaldırılması və müraciətlərdə qoyulmuş məsələlərin düzgün həlli üçün lazımi tədbirlərin görülməsinə yönəltmişdir. Məruzəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məhkəmələrin fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərin qanunvericiliyə uyğun olaraq araşdırılması istiqamətində görülmüş işlərdən söhbət açaraq bu sahəyə hakimlərin daha həssas yanaşmalı olduğunu diqqətə çatdırmışdır.

Tədbirin sonunda Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev yekun çıxışında cari ildə məhkəmələrin qarşısında duran vəzifələrdən danışaraq işlərə baxılması zamanı yol verilən nöqsanların aradan qaldırılması üçün qanunvericiliyin tələblərinə əməl olunmasının, əsaslandırılmış ədalətli və obyektiv qərarların qəbul edilməsinin vacibliyini vurğulamış və ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün bütün zəruri tədbirlərin görülməsinin zəruri olmasını qeyd etmişdir.

Müzakirə edilən məsələlərlə bağlı Şirvan Apellyasiya Məhkəməsinin Rəyasət heyəti tərəfindən müvafiq qərarlar qəbul edilmişdir.