ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında 2013-cü ilin yekunlarına dair Rəyasət Heyətinin iclası keçirilmişdir.

06.02.2014, 12:35
Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında 2013-cü ilin yekunlarına dair Rəyasət Heyətinin iclası keçirilmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında 2013-cü ilin yekunlarına dair Rəyasət Heyətinin iclası keçirilmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında 2013-cü ilin yekunlarına dair Rəyasət Heyətinin iclası keçirilmişdir. Rəyasət Heyətinin iclasında Şirvan Apellyasiya Məhkəməsinin hakimləri və aparat işçiləri, həmçinin Ali Məhkəmənin cinayət kollegiyasının sədri Şahin Yusifov, mülki kollegiyanın hakimi Rəşadət Ağayev, inzibati-iqtisadi kollegiyanın hakimi Xəqani Məmədov  iştirak etmişlər. İclası giriş sözü ilə açan - Şirvan Apellyasiya Məhkəməsinin sədri Qürbət Əsgərov Məhkəmənin 2013-cü ildə ümumi fəaliyyəti haqqında geniş məlumat vermişdir. -Bundan sonra iclasda məhkəmə aparatının 2013-cü il fəaliyyətinə dair, məhkəmə kollegiyalarında 2013-cü ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair, məhkəmənin maliyyə-təsərrüfat və Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə dair hesabatlar dinlənilmişdir. Gündəliyə daxil edilən məsələlərlə bağlı geniş müzakirələr aparılmış, ümumilikdə 2013-cü ilin yekunlarına dair təqdim olunmuş hesabatlar məqbul hesab olunmuşdur. İclasda çıxış edən Ali Məhkəmənin hakimləri ədalət mühakiməsinin həyata keçirilməsi zamanı apellyasiya məhkəməsinin hakimləri tərəfindən yol verilmiş qanun pozuntularını və nöqsanları hakimlərin diqqətinə çatdırmış və vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində tövsiyyələr vermişlər.