Tanja Santuccinin rəhbərlik etdiyi heyəti Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovla görüşmüşdür
13.03.2012, 12:352012-ci il martın 13-də ölkəmizdə səfərdə olan Tanja Santuccinin rəhbərlik etdiyi BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının Azərbaycan Respublikası tərəfindən implementasiyası üzrə dəyərləndirmə missiyasının nümayəndə heyəti Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovla görüşmüşdür.
Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin fəaliyyəti barədə məlumat verən Kollegiya sədri narkotklərin qanunsuz dövriyyəsi və korrupsiya əleyhinə mübarizə sahəsində Ali Məhkəmənin qəbul etdiyi qərarlarda BMT Konvensiyasının müddəalarına daim istinad edildiyi diqqətə çatdırılmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Ali Məhkəmənin Kollegiya sədri nümayəndə heyətinin üzvlərini maraqlandıran suallara ətraflı cavab vermişdir.
Göstərilən platformalarda paylaş: