ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Türkiyə Ali İnzibati Məhkəməsinin bir qrup hakimi Ali Məhkəmədə olub

21.07.2023, 18:32

2023-cü il iyulun 21-də ölkəmizdə səfərdə olan Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) bir qrup hakimi Azərbaycan Respublikasının Ali Məhkəməsində olub. 

Qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ölkələrimiz arasında məhkəmə sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və uğurla inkişaf etdiyini qeyd edib. Məhkəmələr arasında əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi diqqətə çatdırılıb. 

Səmimi qəbula görə təşəkkürlərini bildirən qonaqlar Azərbaycan və Türkiyə arasında hər sahədə olduğu kimi, məhkəmə sahəsində də əməkdaşlığı yüksək qiymətləndiriblər. 

Görüşdə məhkəmə təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. 

Qonaqlar Ali Məhkəmənin inzibati binasını gəzib, iş şəraiti ilə tanış olublar. 

Sonda xatirə fotosu çəkdirilib.