ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Ali Şahinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin yeni inzibati binasında olmuşdur

29.09.2009, 12:35

Türkdilli ölkələrin Parlament Assambleyasının sammitində iştirak etmək üçün Azərbaycana rəsmi səfərə gəlmiş Türkiyə (TBMM)  Böyük Millət Məclisinin sədri Mehmet Ali Şahinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 29-da Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binasında olmuşdur.

Türkiyəli qonaqları səmimiyyətlə salamlayan Ali Məhkəmənin sədri Ramiz Rzayev bu səfərin hər iki ölkənin qarşılıqlı əməkdaşlığının inkişafına xidmət edəcəyini vurğulamışdır.

Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Ali Şahinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuşdur. Binanın yüksək memarlıq üslubunda inşa olunduğunu  bildirən  Böyük Millət Məclisinin sədri Mehmet Ali Şahin muzeyin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır. Qonaq iki ölkə arasında qarşılıqlı əməkdaşlığın  böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə görə Türkiyənin Böyük Millət Məclisinin sədrinə və nümayəndə heyətinin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.