Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Yüksək İnzibati Məhkəmələr Birliyinin 12-ci Konfransı keçirilir
03.05.2016, 12:35Türkiyə Respublikasının İstanbul şəhərində 03-06 may 2016-cı il tarixlərdə Beynəlxalq Yüksək İnzibati Məhkəmələr Birliyinin 12 -ci Konfransı keçirilir. Konfransın işində Türkiyə Dövlət Şurasının dəvətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Beynəlxalq Yüksək İnzibati Məhkəmələr Birliyi üzv ölkələrin yüksək inzibati məhkəmələri və beynəlxalq təşkilatların müvafiq qurumları arasında əməkdaşliq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, qanunvericilik və hüquq tətbiqetmə işində təcrübə mübadiləsinin aparılması məqsədilə təsis edilmişdir.
Hazırda İstanbulda keçirilən Konfransda “İnzibati mübahisələrin alternativ həll yolları” əsas müzakirə mövzusudur .Bununla yanaşı , Konfransın işinin gedişində komissiyalarda “Dövlət satınlamaları və tenderlər” , “İçtimai xidmətlər” və “Vergi və iqtisadi tənzimləmələr” mövzularında müzakirələrin aparılması gözlənilir.
Göstərilən platformalarda paylaş: