Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Ali Məhkəmənin nümayəndə heyətini qəbul edib
06.07.2023, 12:322023-cü il iyulun 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndə heyətini qəbul edib.
Qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkür edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib və onun rəhbərliyi ilə Türkiyənin bundan sonra da hərtərəfli inkişafa nail olacağına əminliyini ifadə edib.
Görüşdə Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasındakı dostluq və qardaşlıq münasibətlərinin xalqlarımız üçün güvənc mənbəyi olduğunu vurğulanıb.
Qeyd edilib ki, Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsindəki münasibətlər bu gün uğurla inkişaf edir və bundan sonra mövcud əməkdaşlıq daha da möhkəmlənəcək.
Öz növbəsində, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdıraraq, Ali Məhkəmənin sədri və kollektivinə fəaliyyətində uğurlar arzulayıb.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Göstərilən platformalarda paylaş: