Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
19.09.2016, 12:352016-cı il sentyabrın 19-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun fəaliyyət müddətinin başa çatması ilə əlaqədar vidalaşmaq məqsədilə Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Türkiyə və Azərbaycanın Dövlət başçılarının qarşılıqlı səfərlərində və beynəlxalq tədbirlərdə həmrəylik nümayiş etdirmələri qarşılıqlı əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığını, hər iki xalqın həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu vurğulamışdır.
Ramiz Rzayev ötən illər ərzində məhkəmə-hüquq sahəsində əlaqələrin yüksələn xətt üzrə inkişafına əyani subut kimi, qarşılıqlı səfərlərin həyata keçməsini, tədbirlərin təşkilini qeyd etmişdir.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmiş və qeyd etmişdir ki, bu münasibətlər bundan sonra da uğurla davam etdiriləcək.
Görüşün sonunda Ali Məhkəmənin sədri səfir Alper Coşkuna gələcək fəaliyətində uğurlar arzulamışdır.
Göstərilən platformalarda paylaş: