ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Türkiyənin Ədliyyə naziri Ali Məhkəmənin sədri ilə görüşmüşdür

26.09.2008, 12:35
Türkiyənin Ədliyyə naziri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
Türkiyənin Ədliyyə naziri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
2008-ci il sentyabrın 26-da Azərbaycan Respublikası Ali Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ədliyyə naziri Mehmet Ali Şahinlə görüş keçirilmişdir.
 
Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Türkiyə Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, ölkəmizlə qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrinin uğurla inkişaf etdiyini qeyd etmişdir.
 
Ali Məhkəmənin sədri Azərbaycanda məhkəmə sisteminin tarixi, Ali Məhkəmənin yeni strukturu, fəaliyyəti və gələcək perspektivləri barədə geniş məlumat vermişdir. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının səmərəliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin yeni struktrunda və fəaliyyətində öz əksini tapmasını xüsusi qeyd etmişdir.
 
Ali Məhkəmənin sədri Türkiyə Ədliyyə nazirinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə etmişdir. Bildirmişdir ki, qardaş və dost ölkələrimizin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən görüşlərin keçirilməsi hər iki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığının yeni imkanlarını açacaqdır.
 
Ali Məhkəmənin sədri Türkiyədə səfərdə olarkən Mehmet Ali Şahinlə görüşünü xatırlatmış, bu görüşün onda xoş təəssürat yaratdığını bildirmişdir.
 
Türkiyənin Ədliyyə naziri Mehmet Ali Şahin Türkiyədə Ədliyyə nazirliyinin strukturu və fəaliyyət dairəsi barədə danışmış, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
 
Görüşdə ikitərəfli münasibətlər və onların inkişaf istiqamətləri, iki ölkə arasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələləri müzakirə edilmiş, məhkəmə-hüquq təcrübəsi ilə bağlı faydalı fikir mübadiləsi aparılmışdır.
 
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə Türkiyənin Ədliyyə naziri Mehmet Ali Şahinə fəaliyyətində uğurlar arzulamışdır.