ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri ilə görüşmüşdür

19.02.2017, 12:35
Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri ilə görüşmüşdür
Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri ilə görüşmüşdür

       2017-ci il fevralın 19-da ölkəmizdə səfərdə olan Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

       Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə-hüquq sistemi barədə məlumat vermiş, aparılan məhkəmə islahatlarının səmərəliliyinin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapmasını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır. Eyni zamanda Azərbaycan və Ukrayna prokurorluq orqanları arasında çox işgüzar əlaqələr yaranmış, bu əlaqələr ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

         Ukraynanın Baş prokuroru Yuri Lutsenko ölkəmizin müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmiş, Azərbaycanla Ukrayna arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmiş və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.

         Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

         Görüşdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov iştirak etmişdir.

         Sonda qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.