ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ulu öndərin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Ali Məhkəmədə yığıncaq keçirilmişdir

10.05.2016, 12:35
Ulu öndərin anadan olmasının 93-cü ildönümü  ilə əlaqədar Ali Məhkəmədə yığıncaq  keçirilmişdir
Ulu öndərin anadan olmasının 93-cü ildönümü  ilə əlaqədar Ali Məhkəmədə yığıncaq  keçirilmişdir

       10 may  2016-cı ildə Ali Məhkəmədə Ulu öndər  Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar  yığıncaq   keçirilmişdir. 
       Tədbirdə   Ali Məhkəmənin sədri Ramiz Rzayev Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı çıxış etmişdir. Ali Məhkəmənin sədri böyük şəxsiyyət  Heydər Əliyevin dahiliyinin  hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ulu öndərin şərəfli ömrünün  xalqımızın  taleyi ilə bağlılığını və müstəqil Azərbaycanın memarı olduğunu nəzərə çatdırmışdır. 
       1995-ci ilin noyabrında  ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanmış və  ümumxalq referendumunda  qəbul olunmuşdur. Bu Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılan  ən böyük addım idi.  Insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin də bərqərar olması üçün əsaslı zəmin idi. 
       Ulu öndərimiz  insan və  vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu  artırmaq üçün  ciddi islahatlar aparmışdır. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılmış, hakim korpusunun formalaşmasında  tamam yeni üsul və metodlardan istifadə edilmişdir. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə  hüquq islahatlarının  keyfiyyətlə aparılmasına təkan vermişdir. Ulu öndər  Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini  qoymuş və onu inkişaf etdirmişdir.
       Ali Məhkəmənin sədri dahi insan  Heydər Əliyevin  əməllərinin və amallarının  xalqın  gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır. 
       Yığıncaqda çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı mərhələləri haqqında  danışmış, xatirələrini söyləmiş, onun irsinin daim yaşayacağını bildirmişlər