ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ulu öndərin anadan olmasinin 95-cü ildönümü ilə əlaqədar Ali Məhkəmədə yığıncaq keçirilmişdir.

10.05.2018, 12:35
Ulu öndərin anadan olmasinin 95-cü ildönümü  ilə əlaqədar Ali Məhkəmədə yığıncaq  keçirilmişdir.
Ulu öndərin anadan olmasinin 95-cü ildönümü  ilə əlaqədar Ali Məhkəmədə yığıncaq  keçirilmişdir.

       10 may  2018-ci ildə Ali Məhkəmədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar  yığıncaq   keçirilmişdir.

      Tədbirdə Ali Məhkəmənin Сinayət Kollegiyasının sədri Şahin Yusifov dahi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolundan danışmış, xalqımızın taleyi ilə bağlılığını və müstəqil Azərbaycanın memarı olduğunu nəzərə çatdırmışdır.

      1995-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanmış və ümumxalq referendumunda qəbul olunmuşdur.

      Böyük siyasi və dövlət xadimi Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparmışdır. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılmış, hakim korpusunun formalaşmasında  tamam yeni üsul və metodlardan istifadə edilmişdir. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymuş və onu inkişaf etdirmişdir.

     Kollegiya sədri dahi insan Heydər Əliyevin əməllərinin və amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.

     Yığıncaqda çıxış edənlər müstəqil dövlətimizin qurucusu Heydər Əliyev haqqında xatirələrini söyləmiş, onun irsinin daim yaşayacağını bildirmişlər.