ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ekspertləri ilə Ali Məhkəmədə görüş

19.04.2010, 12:35
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ekspertləri ilə Ali Məhkəmədə görüş
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ekspertləri ilə Ali Məhkəmədə görüş
2010-cu il aprelin 16-da ölkəmizdə  səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ekspertləri ilə Ali Məhkəmədə görüş keçirilmişdir.

Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının sədri Şəlalə Məmmədova qonaqları salamlayaraq bildirmişdir ki, Azərbaycanda əqli mülkiyyətin mühafizəsi və müdafiəsi  sahəsində milli strategiyanın işlənib hazırlanmasına  Ali Məhkəmənin hakimləri də öz töhvəsini verməyə hazırdır. Bunun üçün onlar vaxtaşırı aktual təkliflərlə çıxış edirlər.  Kollegiya sədri əqli mülkiyyət məsələləri  ilə bağlı 20-dən artıq qanun və qanunqüvvəli normativ aktların qəbul edildiyini qeyd etmişdir. 

Görüşdə  Ümumdünya Əqli Mülkiyyət Təşkilatının bir sıra Avropa və MDB ölkələri üzrə  departamentinin hüquqşünası  Sergey Zotin və əqli mülkiyyət üzrə ekspert  Ron Marçant  Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya  və Patent üzrə Dövlət Komitəsi ilə birgə əqli mülkiyyət sahəsində milli strategiyanın işlənib hazırlanmasına hazırlıq işlərinin aparılması məqsədi ilə Azərbaycana gəldiklərini vurğulamışlar.

Görüşdə əqli mülkiyyət sahəsində hüquqların qorunması,  kontrafakt məhsullara qarşı mübarizə məsələləri müzakirə olunmuşdur.

Görüşdə Ali Məhkəmənin hakimləri-Bağır Əsədov və Əsəd Mirzəliyev əqli mülkiyyətlə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi zərurətinin əhəmiyyətindən danışmış, ekspertləri maraqlandıran suallara cavab vermişlər.