ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Varşava şəhərində keçirilən ATƏT-in İnsan Ölçüsü Tətbiqi Görüşündə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Seyfəliyev iştirak etmişdir

06.10.2009, 12:35

28-30 sentyabr 2009-cu il tarixlərdə Polşanın Varşava şəhərində keçirilən ATƏT-in İnsan Ölçüsü Tətbiqi Görüşündə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Seyfəliyev iştirak etmişdir.  
Insan Ölçüsü Tətbiqi Görüşləri ATƏT-in üzv-dövlətlərinin insan ölçüləri sahəsində üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilib-yetirilməməsi məsələsinə baxılması, bu öhdəliklərə riayyət olunmasına nail olma yollarının müzakirəsi məqsədi ilə keçirilir.
Görüşlərdə cəmiyyətin demokratikləşdirməsi üçün mühüm əhəmiyyət kəsb edən məsələlər, o cümlədən qanunvericiliyin şəffavlığı, məhkəmə hakimiyyətinin (sisteminin) müstəqilliyi, ölüm cəzasının ləğv edilməsi, işgəncələrin qarşısının alınması məsələləri üzrə çıxışlar edilmiş, müzakirələr aparılmış, bir sıra dəyərli fikirlər söylənilmişdir.
Belə ki, nümayəndələr tərəfindən yektil fikirə gəlinmişdir ki, açıq və şəffav qanunvericilik prosesi xüsusi maraqların aşlanılmasından gorunma vasitəsi olmaqla ATƏT-in İnsan Ölçüsü sahəsində öhdəliklərinin uğurla yerinə yetirilməsini təmin edə bilər.

Görüşlər zamanı Respublikamızda ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində, məhkəmə sisteminin səmərələşdirilməsi, hakim korpusunun formalaşdırılması üzrə görülən işlər barədə məlumat verilmişdir.